Dünya futbolu
La Liqa klubunda yeni müqavilə
İspaniyanın “Selta” klubu qapıçısı İvan Vilyar ilə yeni müqavilə bağlayıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
23 yaşlı qolkiper 3 illik yeni sözləşməyə imza atıb. Əvvəlki müqavilənin müddəti bu yaya qədər idi.
İvan Vilyar “Selta”nın öz yetirməsidir. İspaniyalı qolkiper 2017-ci ildən əsas komandanın da heyətində meydana çıxır. Geridə qalan mövsümdə 23 matça çıxan qapıçı, 35 qol buraxıb. O, 2018-ci ildə “Levante”də icarədə də oynayıb.