Dünya futbolu
Lautaro yayda klubunu dəyişmək istəyir
Hücum xəttini gücləndirmək istəyən “Arsenal” indi də Lautaro Martinesə müştəri düşüb. “Topçular” yayda argentinalını transfer etmək həvəsinə düşüb.
Futbolinfo.az xəbər verir ki, “İnter”in forvardı İngiltərədə oynamağı arzulayır. Bunu bilən London təmsilçisi onun nümayəndələri ilə təmasa keçib. Milanlılar Lautaronu 70 milyon avro qarşılığında buraxmağa razıdır.
Martinesin “İnter”lə 3,5 illik müqaviləsi var. 2018-ci ildə Argentina “Rasinq”indən gələn hücumçu mühiti dəyişmək niyyətindədir.