Dünya futbolu
Leao derbidə olmayacaq
“Milan” azarkeşləri üçün pis xəbər var. Komandanın əsas ulduzu olan Rafael Leao az sonra başlayacaq Milan derbisində oynamayacaq.
Futbolinfo.az xəbər verir ki, həkimlər A Seriyasının son turunda əzələsindən zədə alan portuqaliyalı cinah hücumçusunu “İnter”ə qarşı Çempionlar Liqasının ilk yarımfinal matçına hazırlaya bilməyib. Onun qısa müddət oynamaq imkanı olsa da, məşqçilər Leaonun sağlamlığı ilə risk etməyib. Futbolçunun cavab matçına kimi sıraya dönəcəyi gözlənilir.
Bu arada Rafael nəhayət ki, “Milan”la yeni müqavilə imzalayıb. O, 2028-ci ilin yayına qədər “rosonyerlər”in heyətində olacaq.