Dünya futbolu
Leaonun əvəzinə Kanselo və pul

“Mançester Siti” də Rafael Leaonu transfer etmək istəyənlərin sırasına qoşuldu. İngiltərə klubu Portuqaliya millisinin üzvü üçün “Milan”a rəsmi təklif göndərməyə hazırlaşır.
Futbolinfo.az xəbər verir ki, İtaliya klubu ilə müqavilə müddətinin artırılması mövzusunda ortaq məxrəcə gəlməyən Leao İngiltərəyə yollanmaq niyyətindədir. Onun bu arzusunu bilən “şəhərlilər” əməli addım atmaq niyyətinə düşüb. “Milan” lider futbolçusunu itirmək istəməsə də, aldığı təklif cəlbedicidir.
Belə ki, “Siti” portuqaliyalının əvəzinə həmyerlisi Joao Kanselonu və pul təklif edir. Sözügedən futbolçuyla çoxdan maraqlanan italiyalılar ödəniləcək məbləğin miqdarını bildikdən sonra qərarını verəcək.
Xatırladaq ki, Rafaelin “Milan”la hələ 18 aylıq anlaşması mövcuddur.

- Milli komanda2023-03-17 18:36
De Byazi millinin iki oyun üçün heyətini açıqladı
- Ölkə futbolu2023-03-18 09:24
Gerye yenidən “Qarabağ”da
- Layihə2023-03-19 09:00
Təməl problemi: “Ən savadlı məşqçilər aşağı yaş qruplarında işləməlidirlər”
- Dünya futbolu2023-03-17 22:51
Mahir “Qalatasaray”a qarşı 79 dəqiqə oynadı