Dünya futbolu
“Lester Siti” 35 milyon avroya futbolçu aldı
İngiltərənin “Lester Siti” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Fransanın “Sent-Etyen” klubunun müdafiəçisi Uesli Fofananı heyətinə qatıb.
Bu barədə Fransa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. “Sent-Etyen” 19 yaşlı müdafiəçinin transferi üçün “Lester Siti” ilə razılaşdıqlarını bildirib.
İngiltərə mətbuatının xəbərinə görə, “Lester Siti” Fofana üçün Liqa 1 klubuna 35 milyon avro ödəyəcək. Bu, “Sent-Etyen” tarixinin ən qazanclı satışıdır.
Fofana “Sent-Etyen”lə 30 oyunda iştirak edib.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Ölkə futbolu2024-04-18 09:45
Mirzov “Neftçi” ilə yeni müqavilə imzalamayacaq
- Digər idman növləri2024-04-17 21:46
“Neftçi” finalda “Xəzri”yə rəqib oldu