“İndi eşidirəm ki, “Qarabağ” “Qalatasaray”la oyun üçün başqa klublardan futbolçu istəyəcək” – bunu futbolinfo.az-a açıqlamasında “Sabah”ın müdafiəçisi Boyan Letiç deyib.

O, Qurban Qurbanovun “Qalatasaray”la oyun üçün başqa klublardan futbolçu istəyəcəyik” açıqlamasına münasibət bildirib. Letiç əgər belə dəvət alarsa, klubun qərarına görə hərəkət edəcəyini sözlərinə əlavə edib: “Bu, yoldaşlıq görüşüdür. Amma mən “Sabah”ın oyunçusuyam. Çağırılsam, klub qərar verəcək. Əgər “get” desələr, buna hörmət edəcəm. Qərar nə olursa-olsun mən o cür davranacam”.

Letiç Misli Premyer Liqasının 27-ci turunda “Zirə”yə 2:0 hesabı ilə qalib gəldikləri oyundan da danışıb: “Fikrimcə, kifayət qədər yaxşı oynadıq. Konsentrasiya olduq, nizam-intizamı qorudur. Düşündüyümüz hər şeyi yerinə yetirdik və 3 xalı qazandıq”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp