Dünya futbolu
Levandovski bunu bacaran 3-cü futbolçu oldu
“Barselona”nın polşalı hücumçusu Robert Levandovski La Liqanın 10-cu turunun “Vilyarreal”la oyununda (3:0) vurulan iki qolun müəllifi olub.
Futbolinfo.az xəbər verir ki, 34 yaşlı hücumçu peşəkar karyerasında indiyədək 601 qola imza atıb. 21-ci əsrdə bunu əvvəllər yalnız iki futbolçu bacarmışdı – Kriştiano Ronaldo və Lionel Messi.
Levandovski əvvəllər Polşanın “Delta”, “Lex” kimi klublarında, daha sonra isə Almaniyanın “Borussiya” (Dortmund) və “Bayern” komandalarında çıxış edib.
O, bu mövsüm İspaniya çempionatında 10 oyun keçirib, 11 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçu UEFA Çempionlar Liqasında isə 4 oyuna çıxıb, 5 qol vurub.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi