Dünya Çempionatının daha bir matçı qolsuz bitdi. Danimarka və Tunisin ardınca Meksikayla Polşa da heç-heçəyə razılaşdı.

Əslində, bu, Polşa üçün öyrəşdiyimiz nəticədi. Təsadüfi deyil, sözügedən Avropa komandası mundiallarda 35 matçından 6-nı 0:0-la başa vurub ki, bu da 17%-lik göstəricidi. Bu, DÇ-də ən azı 15 oyun keçirmiş komandalar arasında rekord göstəricidi.

Polşa eyni zamanda Dünya Çempionatlarında ardıcıl 3 penaltini boşa verən ilk komanda oldu. 1978-də bunu Kazimej Deyna, 2002-də Matsey Juravski bacarmışdısa, indi də Robert Levandovski “ənənə”yə sadiq qaldı.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp