Bizi izləyin

Müsahibə

“Lex”dəki “tanış”: “Qarabağ” çox çətin rəqib oldu”

blank

Bildiyiniz kimi, “Qarabağ” UEFA Çempionlar Liqasının ilk təsnifat mərhələsində Polşanın “Lex” klubu ilə üz-üzə gələcək. Bu komandanın heyətində Azərbaycan futbol azarkeşlərinə tanış sima var. İki il ölkəmizdə legioner həyatı yaşamış gürcüstanlı yarımmüdafiəçi Nika Kvekveskiri “Qarabağ”a qarşı çıxış edəcək. Bu maraqlı dueldən öncə onunla söhbətləşmək qərarına gəldik. Kvekve futbolinfo.az-a müsahibəsində “Qarabağ”ın çətin rəqib olmasından, Bakıda keçirdiyi gözəl günlərdən danışıb:

  • Çempionlar Liqasının ilk təsnifat mərhələsində “Qarabağ”la oynayacaqsız. Rəqibiniz haqqında düşüncələrin necədir?
  • “Qarabağ” həqiqətən birinci mərhələ üçün çox çətin rəqib oldu. Deyə bilmərəm ki, onlarla düşməklə bizim bəxtimiz gətirdi. Çünki Azərbaycan təmsilçisi bu cür oyunlarda çox təcrübəlidir. Hər il avrokubokların qrup mərhələsində çıxış edirlər. Bizim aramızda həqiqətən maraqlı və gərgin döyüş olacaq.
  • Püşkatmadan öncə düşünürdün ki, kaş ki, bizə “Qarabağ” düşməsin?
  • Püşkatma şanlı və ya şanssız ola bilər. Buna görə də heç zaman püşkə baxmıram. Çünki bu məndən və ya komandamdan asılı olan amil deyil. Bu bir həqiqətdir ki, biz Çempionlar Liqasının qrup mərhələsində oynamaq istəyiriksə, belə rəqiblərə qalib gəlməliyik. Təbii ki, “Qarabağ”ı şəxsən özüm üçün rəqib adlandırardım. Səbəb odur ki, bu komandanı yaxşı tanıyıram. Potensial rəqiblərimiz arasında ən güclü idi. Lakin mənim üçün daha bir maraqlı məqam var ki, Bakıya yenidən səfər edəcəm. Bu çox gözəl olacaq. Çünki Bakını sevirəm və 2 il ora mənim evim olub. Həqiqətən bu çox yaxşıdır.
  • Buradan getdikdən sonra Azərbaycan Premyer Liqasını izləyirsən?
  • Düzünü desəm, tam oyunlara baxmıram. Amma həmişə icmalları izləyirəm və mətbuatdakı xəbərləri oxuyuram. Çünki orada oynayan çoxlu dostlarım var. Həm də keçmiş komandalarıma baxıram.
  • Keçmiş komanda yoldaşın Filip Ozobiç “Qarabağ”ın aparıcı üzvlərindəndir. “Qəbələ”də birlikdə oynadığın xorvatla nə danışmısan?
  • Onunla kiçik bir söhbət etdik. Filiplə “Qəbələ”də gözəl günlər yaşamışıq və yaxşı xatirələrimiz var. Sadəcə bir-birimizə uğurlar arzuladıq. İkimiz də razılaşdıq ki, bizi yaxşı döyüş gözləyir.
  • Bakıda keçmiş dostlarınla görüşməyi planlayırsan?
  • Biz çox vacib oyun üçün Azərbaycan paytaxtına gələcəyik. Buna görə də təəssüf ki, görüş üçün vaxtım olmayacaq. Ümid edirəm ki, Bakıya sonuncu səfərim olmayacaq. Çünki həqiqətən maraqlı günlərim keçdiyi bu şəhərə hər zaman gəlmək istəyirəm.
  • “Qarabağ”da çıxış edən həmyerlin Luka Quqeşaşvili ilə heç bir əlaqən yoxdur?
  • Onunla yaxın dost deyilik. Sadəcə bir-birimizi tanıyırıq. Milli komandada birlikdə çıxış etmişik. Böyük gələcəyi olan qapıçıdır.
  • Bu il “Lex” 100 illiyini qeyd edir və bildiyim qədər komandanın qarşısında Çempionlar Liqasında böyük hədəf qoyulub. “Qarabağ”a ilk mərhələdə uduzmaq faciə sayılmayacaq?
  • “Qarabağ”a hörmətimiz var və dediyim kimi, biz bu komandanın nə qədər yaxşı olduğunu bilirik. Amma “Lex” kimin olmasından və hansı oyun olmasından asılı olmayaraq, hər dəfə meydançaya qələbə üçün çıxır və indi də eyni olacaq. Qrup mərhələsinə vəsiqə qazanmaq bizim hədəfimizdir. Biz bu ilin klub və azarkeşlərimiz üçün nə qədər xüsusi olduğunu bilirik və əlbəttə ki, onlara bayram etmək üçün daha bir səbəb vermək üçün hər şeyi edəcəyik.

CAVAD

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

blank
Ölkə futbolu2022-07-06 16:24

“Sabah”ın rəqibləri bəlli oldu

blank
Digər idman növləri2022-07-06 16:17

Madriddə Teymur Rəcəbova bürünc medalı Mahir Məmmədov təqdim etdi

blank
Ölkə futbolu2022-07-06 16:08

“Azərbaycanda hər kəs Ukraynanı dəstəkləyir” – Anatoli Nuriyev

blank
Dünya futbolu2022-07-06 15:40

“Qarabağ”ın rəqibi futbolçusunu Çexiya klubuna satdı

blank
Dünya futbolu2022-07-06 15:26

Super Liqa klubundan bir yeni transfer və yeni müqavilə

blank
Dünya futbolu2022-07-06 14:36

Futbolçulara məsləhət: Bu 7 ölkənin klublarına getməyin!

blank
Digər idman növləri2022-07-06 14:12

Ağır Atletika Federasiyasında yeni təyinatlar

blank
Dünya futbolu2022-07-06 13:45

Məşhur məşqçi “Əl-İttihad”da

blank
Dünya futbolu2022-07-06 13:04

“İnter”də yeni müdafiəçi

blank
Ölkə futbolu2022-07-06 12:42

“Zirə” ilə oyunadək görüləsi işlər çoxdur” – “Makkabi”nin baş məşqçisi

blank
Digər idman növləri2022-07-06 12:21

Cüdoçularımız Ankarada təlim-məşq toplanışında

blank
Ölkə futbolu2022-07-06 12:00

ÇL: Azərbaycan çempionu oyunlarını bu iki ölkədən birində keçirəcək

blank
Digər idman növləri2022-07-06 11:43

Azərbaycan atleti Fransada qızıl medal qazandı

blank
Dünya futbolu2022-07-06 11:22

Daha bir braziliyalı futbolçu Azərbaycandan təklif alıb

blank
Ölkə futbolu2022-07-06 11:10

“Zirə”nin Türkiyədə ikinci sınağı – YENİLƏNİR

blank
Müsahibə2022-07-06 11:05

Süleymanov cavab matçını gözləməyi məsləhət bilir: “Bu inamı “Qarabağ” öz oyunu ilə yaradıb”

blank
Digər idman növləri2022-07-06 10:40

Azərbaycan üzgüçüsü AÇ-nin finalında

blank
Ölkə futbolu2022-07-06 10:21

“Qarabağ” üstün olsa da, 100 faizlik qol şansı yox idi”

blank
Ölkə futbolu2022-07-06 10:00

“Lex”in kapitanı: “Qələbənin mükəmməl yolunu tapdığımızı hiss etdik”

blank
Ölkə futbolu2022-07-06 09:43

“Neftçi” Türkiyə klubuna qarşı – YENİLƏNİR

blank
Dünya futbolu2022-07-06 09:36

Çempionlar Liqasında daha 7 oyun – YENİLƏNİR

blank
Ölkə futbolu2022-07-06 09:00

Təşvişə düşmədən… “Sürix”i Bakıya gətirmək lazımdı

blank
Ölkə futbolu2022-07-06 02:02

“Onu uzun müddətdir izləyirdim” – Elmar Baxşıyev

blank
Ölkə futbolu2022-07-06 01:36

“Hər kəs meydanda qalib gəlmək istəyirdi” – “Lex”in baş məşqçisi

blank
Dünya futbolu2022-07-06 00:44

ÇL: “Malmö” və “Ludoqorets”dən qələbə

blank
Ölkə futbolu2022-07-06 00:29

Qurban Qurbanov: “Səfərdə hücum futbolu oynadıqsa…”

blank
Ölkə futbolu2022-07-05 23:51

“Qarabağ” “Lex”ə ilk oyunda məğlub oldu

blank
Dünya futbolu2022-07-05 23:31

KL: 1-ci təsnifat mərhələsi heç-heçələrlə başladı

blank
Dünya futbolu2022-07-05 23:06

“Fənərbaxça” “Qəbələ”nin rəqibini darmadağın etdi

blank
Dünya futbolu2022-07-05 22:32

“Zirə”nin rəqibindən yeni müqavilə və darmadağın

blank
Dünya futbolu2022-07-05 21:56

“Beşiktaş”da yeni hücumçu

blank
Dünya futbolu2022-07-05 21:21

“Mançester Siti”dən “Lids”ə

blank
Digər idman növləri2022-07-05 20:55

Məmmədyarov və Rəcəbov üçün Mayami sınağı

blank
Digər idman növləri2022-07-05 20:00

İslamiada: Azərbaycanın daha iki komandasının rəqibləri bəlli oldu

blank
Ölkə futbolu2022-07-05 19:24

“Qəbələ” Super Liqa klubuna uduzdu

blank
Dünya futbolu2022-07-05 19:14

Braziliyalı futbolçu Azərbaycandan təklif alıb

blank
Dünya futbolu2022-07-05 18:50

Belçika millisinin hücumçusu “Milan”da

blank
Ölkə futbolu2022-07-05 18:25

“Zirə” yeni transferini təqdim etdi

blank
Dünya futbolu2022-07-05 17:41

“Mançester Yunayted”dən yeni transfer

blank
Ölkə futbolu2022-07-05 17:20

“Qarabağ”ın futbolçusu “Zirə”də – Rəsmi

blank
Ölkə futbolu2022-07-05 17:00

Feras Abu Akal rəsmən “Qəbələ”də!

blank
Dünya futbolu2022-07-05 16:41

PSJ yeni baş məşqçisini rəsmən açıqladı

blank
Digər idman növləri2022-07-05 16:21

“İnanıram ki, hər iki yarışda uğurlu çıxış edəcəyik”

blank
Ölkə futbolu2022-07-05 16:00

İcra başçısı “Kəpəz” rəhbərliyi ilə görüşdü

blank
Dünya futbolu2022-07-05 15:40

“Qəbələ”nin rəqibində bir ciddi itki, bir yeni müqavilə

blank
Ölkə futbolu2022-07-05 15:21

“Lex”i Bakıda əsl cəhənnəm gözləyir”

blank
Dünya futbolu2022-07-05 15:00

Poçettino PSJ-dən getdi – Rəsmi

blank
Ölkə futbolu2022-07-05 14:43

Avrokuboklar üçün pul mükafatları açıqlandı

blank
Ölkə futbolu2022-07-05 14:20

“Səbail” 2 yoxlama oyunu keçirəcək

blank
Dünya futbolu2022-07-05 14:03

Fanatlar Prosineçkiyə görə yeni baş məşqçini mətbuat konfransından qovdu – VİDEO