Digər idman növləri
Lider turu xalsız başa vurdu
Voleybolçu qadınlar arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib.
Futbolinfo.az xəbər verir ki, bu gün Yüksək Liqanın 11-ci turunda ilk olaraq meydana “Abşeron” və “Azərreyl” klubları çıxıblar.
Qarşılaşma gözlənilənlərin əksinə “Abşeron”un üstünlüyü ilə başlayıb. Çempionatın liderini ilk iki hissədə məğlub edən komanda 2:0 hesabı ilə önə keçib. Bundan sonra “Azərreyl” təşəbbüsü ələ alıb və ümumi hesabı bərabərləşdirib. Cütün qalibinin adına isə tay-brekdə aydınlıq gəlib. Bu hissədə yenə güclü rəqibinə ciddi müqavimət göstərən “Abşeron” yekunda 3:2 (25:21, 26:24, 24:26, 16:25, 15:8) hesabı ilə qələbə qazanıb.
Turun ikinci matçı UNEC və “Murov” kollektivləri arasında olub. Bu oyunda sensasiya qeydə alınmayıb və “Murov” çətinlik çəkmədən quru hesablı (3:0) qələbə qazanıb.
Beləliklə, 11 turda sonra “Azərreyl” 26 xalla turnir cədvəlində liderliyini davam etdirir. Bugünkü qələbədən sonra xallarının sayını 20-ə çatdıran “Abşeron” 2-ci pilləyə yüksəlib. Eyni xala malik “Murov” set fərqinə görə 3-cü yerdədir. Sonuncu pillədə olan UNEC-in isə xalı yoxdur.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…