Digər idman növləri
Liderdən növbəti qələbə
Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti oyun keçirilib.
Futbolinfo.az xəbər verir ki, Voleybol Mərkəzində təşkil olunan 3-cü turun son matçında “Murov” və “Xarı bülbül”lə qarşılaşıb.
Görüş “Murov”un üstünlüyü ilə keçib. İlk hissədə 25:11 hesabı ilə qələbə qazanan Fərid Cəlalovun komandası sonrakı setləri də qalib başa vurub – 25:18, 25:17.
Beləliklə, bu oyundan sonra aktivindəki xalların sayını 9-a çatdıran “Murov” turnir cədvəlində liderliyini möhkəmləndirib. “Xarı bülbül” 3 xalla 2-ci, set fərqində “Xarı bülbül”dən geri qalan “Neftçi” 3 xalla üçüncü, MOİK isə sonuncu pilləni tutur.
Bununla da ilk dövrədən yalnız bir matç keçirilməmiş qalır. 2-ci turdan təxirə salınmış “Xarıbülbül” – “Neftçi” qarşılaşmasının baş tutacağı tarixlə bağlı əlavə məlumat veriləcək.
Yüksək Liqa
3-cü tur
27 yanvar
Murov – Xarı bülbül 3:0 (25:11, 25:18, 25:17)
- Ölkə futbolu2024-01-31 09:52
Veşoviç “Braqa”ilə cavab matçında oynaya biləcək
- Ölkə futbolu2024-01-31 10:27
“Səbail”ə yardım etdi, mövsümün sonunadək cəzalandı
- Premyer-liqa2024-02-01 20:39
Premyer Liqada qış bazarlığı – YENİLƏNİR
- Milli komanda2024-02-01 09:07
De Byazi: “Azərbaycan millisində hələ də maraqlı elementlər var”