Digər idman növləri
Liderlərin duelində “Azərreyl” qələbə qazandı

Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 3-cü tura start verilib.
Futbolinfo.az xəbər verir ki, günün ilk matçında əvvəlki iki turu itkisiz tamamlayan “Murov” və “Azərreyl” komandaları üz-üzə gəliblər.
Liderlərin Voleybol Mərkəzində baş tutan matçında ikincilər qalib gəliblər. “Murov”un gücü yalnız bir seti üstün tamamlamağa çatıb. Rəqibini 3:1 hesabı ilə (25:22, 25:22, 20:25, 25:20) məğlub edən “Azərreyl” 9 xalla vahid liderliyə yüksəlib. “Murov” isə 6 xalda qalıb.
3-cü tura saat 18:00-da başlayacaq UNEC – “Abşeron” dueli ilə yekun vurulacaq. Hər iki komandanın hazırda aktivində xal yoxdur.

Reklam
- Ölkə futbolu2023-02-02 11:12
“Kəpəz”də legioner alveri
- Ölkə futbolu2023-02-03 18:31
Bizim Miura: 53 yaşına kimi futbol oynayan “At Əli” – VİDEO
- Ölkə futbolu2023-02-02 13:10
“Zirə” nigeriyalı futbolçu ilə razılığa gəldi
- Müsahibə2023-02-02 15:11
Təmkin xaricdən dəvət gözləyir: o, formada qalmaq üçün futzal klubunu seçib