Dünya futbolu
“Lill”dən “Nyukasl”a 35 milyonluq transfer
Fransanın “Lill” klubu niderlandlı müdafiəçisi Sven Botmanla yollarını ayırıb.
Futbolinfo.az xəbər verir ki, Liqa 1 təmsilçisi 22 yaşlı mərkəz müdafiəçisini İngiltərənin “Nyukasl” klubuna satıb.
Bu barədə sözügedən klubların rəsmi saytları məlumat yayıb. İngiltərə klubu bu transfer üçün fransızlara 35 milyon funt-sterlinq ödəyib. Sven Botman yeni klubu ilə 5 illik müqavilə bağlayıb.
“Lill” Botmanın yerini braziliyalı Aleksandro Ribeyro ilə doldurub. Portuqaliyanın “Çaves” klubundan transfer olunan 22 yaşlı futbolçu üçün 2 milyon təzminat ödənildiyi bildirilir. O, Fransa klubu ilə 4 illik müqaviləyə imza atıb.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-15 08:00
Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı
- Ölkə futbolu2024-04-15 10:17
“Qarabağ” üçün daha iki potensial rəqib
- Ölkə futbolu2024-04-15 10:03
Musanın oynamamasının səbəbi – baş məşqçi açıqladı