Dünya futbolu
Lionel Messi 100-ü keçdi

Lionel Messi Kurasao seçməsi ilə yoldaşlıq oyununda (7:0) het-trik edərək, Argentina milli komandasında 100 qol həddini keçib.
Futbolinfo.az xəbər verir ki, ötən həftə Panama ilə matçda fərqlənərək karyerasında vurduğu qolların sayını 800-ə çatdıran ulduz futbolçu bu dəfə millidəki rekordunu yeniləyib.
Dünya çempionlarının kapitanı Karib hövzəsi yığması ilə beynəlxalq yoldaşlıq görüşündə 20-ci dəqiqədə penaltidən hesabı açıb və 100-ə çatıb. O, görüşün qalan hissəsi ərzində 101 və 102-ci qollarını da vurub.
Messi hazırda milli komandaların bombardirlərinin siyahısında 3-cü pillədədir. Portuqaliyalı Kristiano Ronaldo 122 və iranlı Əli Daeyi 109 qolla birinci və ikinci yerdə qərarlaşıblar.
Messi karyerası ərzində vurduğu qolların sayını da 803-ə çatdırıb.

- Ölkə futbolu2023-05-24 08:30
Qurban Qurbanov Jan Borotra fəxri diplomuna layiq görüldü
- Ölkə futbolu2023-05-25 08:30
Şeydayev kəndlilərin komandasında: növbəti uğurlu azad agent ovu
- Ölkə futbolu2023-05-24 15:45
“Qarabağ” üçün maraqlı xəbər: Lunyov Rusiyaya qayıtmayacaq
- I Divizion2023-05-25 15:39
AFFA rəhbərliyinin səbəbkar olduğu bataqlıq: stimulu qumarda tapanlar