Dünya futbolu
“Liverpul” çətinə düşdü, oyunçusunu geri çağırdı
Yeni mərkəz müdafiəçisi transfer etməkdə çətinlik çəkən “Liverpul” çarəni öz oyunçusunu geri qaytarmaqda görür. Bu səbəbdən İngiltərə klubu Vyana “Austriya”sına icarəyə verdiyi Billi Koumetionu düşərgəyə çağırıb.
Futbolinfo.az xəbər verir ki, 20 yaşlı fransalı stopper yayda Avstriya Bundesliqa klubuna birillik icarəyə verilmişdi. O, əsas heyət üzvünə çevrilməyi və 15 matça çıxmağı bacarıb.
İşlərin yaxşı getdiyi bir vaxtda “Liverpul”un bu futbolçunu geri çağırması Vircil van Deykin qəfil zədələnməsi ilə bağlıdır. Müdafiənin mərkəzində yaranan boşluğu məhz bu oyunçu doldurmalıdır.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Ölkə futbolu2024-04-18 09:45
Mirzov “Neftçi” ilə yeni müqavilə imzalamayacaq