Dünya futbolu
“Liverpul” rekordunu yenilədi
“Liverpul” bir mövsümdə vurulan qol sayına görə klub tarixinin yeni rekordunu müəyyənləşdirib.
Futbolinfo.az xəbər verir ki, sözügedən komanda buna ötən gün Çempionlar Liqasının yarımfinalında “Vilyarreal”la cavab görüşündəki 3:2 hesablı qələbə sayəsində nail olub.
Nəticədə “mersisaydlılar” 2021/22 mövsümündə vurduqları qolların sayını 139-a çatdırıblar. Bu isə klub tarixinin rekord göstəricisidir. “Liverpul” bu qolları bütün turnirlər çərçivəsində keçirdiyi 57 matçda vurub.
“Vilyarreal”a ilk görüşdə də 2:0 hesabı ilə qalib gələn “Liverpul” finala yüksəlib. Sözügedən komanda ÇL-in finalında “Real” – “Mançester Siti” cütünü qalibi ilə üz-üzə gələcək. Həlledici görüş mayın 28-də Parisdəki “Stade de Frans”da keçiriləcək.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı