Dünya futbolu
“Liverpul”da ciddi itki
İngiltərənin “Liverpul” klubu ciddi itki ilə üzləşib.
Futbolinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin müdafiəçisi Vircil van Deyk sıradan çıxıb.
O, Premyer Liqanın 19-cu turu çərçivəsində keçirilmiş “Brentford”la oyunda zədələnib. Komandasının 1:3 hesabıyla uduzduğu səfər matçının ilk yarısında zədə alan təcrübəli futbolçu fasilədə əvəzlənmək məcburiyyətində qalmışdı.
Müayinələrdən sonra niderlandlı müdafiəçinin ombasından aldığı zədəyə görə bir neçə həftə oynamayacağı müəyyənləşib. Onun yaxın günlərdə əlavə müayinələrdən keçməsi gözlənilir.
Van Deyk bu mövsüm “Liverpul”un heyətində meydana çıxdığı 24 oyunda 2 qola imza atıb.
- Ölkə futbolu2024-04-17 17:17
Kadiri yeni məşqçiyə uyğunlaşır: “Zamana ehtiyacımız var”
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Müsahibə2024-04-17 16:07
Sekidika çempionatın səviyyəsindən razıdır: “İstənilən komandanı məğlub etmək olar”
- I Liqa2024-04-17 17:34
Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını dəyişdi