Dünya futbolu
Luis Enrikenin xələfi bəlli oldu
Xəbərlər təsdiqini tapdı. Luis Enrikenin İspaniya millisinin baş məşqçisi postundan göndərilməsindən az sonra onun xələfi də müəyyənləşdi.
Futbolinfo.az xəbər verir ki, İspaniya yığması Belçika millisindən ayrılan Roberto Martinesə yox, U-21-in baş məşqçisi Luis De la Fuenteyə tapşırildı. İspaniya Kral Futbol Federasiyası az öncə təyinatı rəsmən açıqladı.
Bilbao “Atletik”inin, həmçinin “Alaves”in baş məşqçisi olmuş bu şəxs 2011-ci ildən İspaniyanın müxtəlif yığmalarına rəhbərlik edib. U-19, U-21 və U-23 komandalarında çalışmış 61 yaşlı məşqçi indi də əsas komandanın başına keçəcək.
Onunla müqavilənin müddəti və s. detalları imza mərasiminin keçiriləcəyi 12 dekabrda açılanacaq.
- Ölkə futbolu2024-01-16 08:00
“Neftçi” italiyalı hücumçu transfer edir – 400 min avroya
- Ölkə futbolu2024-01-16 12:15
Tanzaniya kartı: Konfransın martın sonuna saxlanılmasında məqsəd var
- Premyer-liqa2024-01-17 13:17
Premyer Liqada qış bazarlığı – YENİLƏNİR
- Müsahibə2024-01-17 08:00
“Vəziyyəti xeyrimizə dəyişmək üçün hər şeyi edəcəyik”