AFFA Azərbaycan millisinin səfərdə Belçikaya qarşı keçirdiyi AVRO-2024-ün seçmə mərhələsinin sonuncu turunun oyununda Dövlət Himninin səhv səsləndirilməsinə münasibət bildirib. Bu barədə Brüsselə ezam olunmuş əməkdaşımıza milli assosiasiyanın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli açıqlama verib.

O, ilk olaraq İsveç himninin verildiyini xatırladıb: “Sonra söylədilər ki, matça başlayın. Bizimkilər dedi ki, o zaman oynamırıq. Federasiya rəsmiləri aşağı düşdülər ki, himn səslənməsə, meydandan çıxacağıq. Ondan sonra Himnimizi verdilər. Səhvən DJ ötən görüşdən qalma İsveçin himnini verib. Belçika yığmasının üzvü Romelu Lukaku üzr istədi, dedi ki, biz gözləyirik, problem yoxdur. Himn səslənsin”.

Qeyd edək ki, hazırda qarşılaşmada ikinci hissə oynanılır və meydan sahibləri 4:0 hesabı ilə öndədir.

Shares: