Bizi izləyin

Müsahibə

Luvaqa “Səbail”də inkişaf görür: “Fərq liqada yox, komandalardadır”

blank
blank

“Səbail”in portuqaliyalı hücumçusu Kizito Luvaqanın futbolinfo.az saytına müsahibəsi

– Mövsümün əvvəlində “Səbail”ə keçmək variantınız necə yarandı, təklif gələndə nə düşündünüz?

– Təklif gələndə ötən mövsüm Azərbaycanda oynamış bir dostumla danışdım. Ondan ölkə və buradakı çempionat haqda soruşdum. Klubla şərtləri müzakirə edib, razılığa gəldikdən sonra “Səbail”ə keçdim. Klubu təmsil etmək üçün böyük nikbinliyim və həvəsim var.

– Bura gəlməzdən əvvəl Azərbaycan haqda nə bilirdiniz?

– Azərbaycan populyar ölkədir. Xüsusən də, Bakıda Formula-1 yarışı keçirilir ki, mən həmişə izləyirəm. Azərbaycan klublarından “Qarabağ” və “Neftçi” də tez-tez avrokuboklarda görünür. Bakının necə gözəl olduğunu həmişə eşidirdim. Təbii ki, gözlədiyim kimi oldu.

– Azərbaycana gələn əksər futbolçular çempionatda fiziki gücün üstün olduğunu deyirlər. Siz özünüz Premyer Liqanın hansı özəlliyini fərqləndirərdiniz?

– Bəli, fiziki cəhətdən güclü liqadır. Ancaq digər çempionatlarda olduğu kimi, burada da bunlar komandalardan asılıdır. Məsələn, bəzi klublar digərlərindən fiziki baxımdan daha yaxşıdırlar. Bu baxımdan fikrimcə, fərq liqada yox, komandalardadır.

– Portuqaliya, Rumıniya, Belarus, Qazaxıstan və İsrail kimi ölkələrdə çıxış etmisiniz. Azərbaycan futbolunu bu ölkələrin futbolu ilə necə müqayisə edə bilərsiniz?

– Bu ölkələrin hamısında Azərbaycandakı bəzi komandalarla eyni sistemdə oynayan komandalarla rastlaşa bilirsiniz. Təbii ki, bunun əksi də olur.

– Ölkə xaricindən bura gələn futbolçular ən çox tıxaclardan şikayətlənir. Bəs, sizi burada ən çox narazı salan nədir?

– Bəli, tıxacla bağlı problem doğrudu. Şəhərdə avtomobil sıxlığı çoxdur. Amma hər şey öyrəşmək və vaxtınızı yaxşı planlaşdırmaqdan asılıdır.

– “Səbail” yayda heyətini tamamilə dəyişdiyindən hər kəs komandanın iddialı olacağını gözləyirdi. Uğursuzluğun səbəbi nədir?

– Ötən mövsümdəki “Səbail”lə indikini müqayisə etməyəcəyəm. Çünki yayda gəlmişəm. Hansısa məqamda siz uğursuzluq sayırsınızsa, mən irəliləyiş görürəm. Fikrimcə, bu inkişaf da müəyyən prosesdən keçir.

– Əcnəbi futbolçular sanki uyğunlaşmaqda çətinlik çəkirlər. 4 aydan çoxdur vaxt keçib, hələ də uyğunlaşa bilməmisiniz?

– Mən hadisələrə bu şəkildə yanaşmıram. Hamımız fərqli komandalardan və fərqli oyun üslublarından gəlirik. Hər bir klubun öz taktikası var. Tam fərqli bir dilə sahib ölkəyə yollandıqda bir az vaxt tələb olunur. Bəzi şeylər düşündüyünüz kimi dərhal, asan əldə edilmir. Məşqçilər korpusu bunun üzərində çox çalışır. Şəxsən mən komandada inkişaf görürəm və bu irəliləyiş tezliklə gözəl nəticələr gətirəcək.

– Hücumçu olsanız da, “Səbail”də hələ qol vura bilməmisiniz. Öz performansınızı necə dəyərləndirərdiniz?

– Təəssüf ki, startda zədə aldım. Geri döndükdən sonra da sürətli uyğunlaşmanı çətinləşdirən amillər oldu. İnanıram ki, gələcəkdə daha yaxşı olacaq.

– İlk 3 turdan sonra əsas heyətdə az görünürsüz. Az oynamaq şansı əldə etdiyiniz üçün qış fasiləsində ayrılmağınız mümkündür?

– Dediyim kimi, ilk vaxtlar zədə aldım və qayıdandan sonra yenə şansımı gözləməli oldum. Baş məşqçinin qərarlarına həmişə hörmətlə yanaşdım. Bu həftə “Qəbələ” ilə çempionat matçımız var. Belə bir vəziyyətdə qış fasiləsi haqda necə düşünə bilərəm? Hazırda bütün istəyim növbəti oyunlarda “Səbail”in uğurlu nəticələrinə töhfə verməkdir. Çünki indi hər oyun finala bərabərdir.

– Vətəndaşı olduğunuz Portuqaliyanın yığma komandası Qətərdə keçirilən Dünya Çempionatının 1/8 finalında İsveçrə ilə qarşılaşacaq. Sevili komandanızın şanslarını necə görürsünüz?

– Turnir fantastikdir. Portuqaliya öz qrupunu birinci pillədə başa vurdu və artıq pley-offdadır. Ümid edirəm ki, dünya çempionu olana qədər komanda belə davam edər.

AĞA

Reklam

Reklam

Reklam


blank
Premyer-liqa2023-01-30 20:49

“Qol imkanlarından istifadə edə bilmədik” – Ayxan Abbasov

blank
Dünya futbolu2023-01-30 20:43

Kanselo icarəyə getdi

blank
Premyer-liqa2023-01-30 20:36

“Sumqayıt” – “Turan Tovuz” matçında 3 qol – VİDEO

blank
Ölkə futbolu2023-01-30 20:07

“Qarabağ” Ovusunun ayrılığını rəsmən açıqladı

blank
Premyer-liqa2023-01-30 19:57

“Turan Tovuz” Sumqayıtdan xalsız qayıtdı

blank
Dünya futbolu2023-01-30 19:39

Azərbaycan güləşçiləri üçün 2023-cü ilin ilk sınağı

blank
Dünya futbolu2023-01-30 18:56

“Everton” (Ş)onu seçdi

blank
Ölkə futbolu2023-01-30 18:49

Oduva keçmiş komandasına qarşı oynamayacaq

blank
Dünya futbolu2023-01-30 18:33

Futbolçuları daşıyan avtobus aşdı – 4 ölü, 29 yaralı

blank
Digər idman növləri2023-01-30 18:18

Azərbaycan badmintonçusu Reykyavikdə qızıl medal qazandı

blank
Dünya futbolu2023-01-30 17:34

İspaniya kubokunun yarımfinalında “el klasiko” olacaq

blank
Premyer-liqa2023-01-30 17:18

“Qarabağ” – “Şamaxı” matçı 5 manata

blank
Digər idman növləri2023-01-30 16:50

Azərbaycan yığmasından Premyer Liqada beş medal

blank
Digər2023-01-30 16:30

Fərid Qayıbovdan medal qazanmış idmançılarla növbəti görüş

blank
Ölkə futbolu2023-01-30 16:15

Eltac Səfərli çempionatdakı çıxışından narazı qalıb

blank
Premyer-liqa2023-01-30 16:00

“Neftçi” – “Zirə” matçının biletləri satışa çıxarıldı

blank
Dünya futbolu2023-01-30 15:40

Özbək hücumçu A Seriyasında klubunu dəyişdi

blank
I Divizion2023-01-30 15:16

I Divizionda yeni ilin ilk turunun oyun cədvəli bilindi

blank
Ölkə futbolu2023-01-30 14:55

“Turan Tovuz”la “Kəpəz” cərimələndi

blank
Digər idman növləri2023-01-30 14:29

Azərbaycan klubu iki amerikalı ilə gücləndi

blank
Ölkə futbolu2023-01-30 13:44

Hakimlərimiz UEFA-nın seminarında iştirak edir

blank
Digər idman növləri2023-01-30 13:30

“Bu nəticəni gözləmirdim”

blank
Dünya futbolu2023-01-30 13:15

“Şaxtyor” onu İngiltərə klubuna icarəyə verdi

blank
Ölkə futbolu2023-01-30 13:02

“Aris” Kipr mətbuatının xəbərini təkzib edir: “Qarabağ”dan əlaqə saxlayan olmayıb”

blank
Dünya futbolu2023-01-30 12:44

Ekvador yığmasının hücumçusu Super Liqa klubunda

blank
Dünya futbolu2023-01-30 12:35

“Arsenal” israrından əl çəkmir – məbləği artırdılar

blank
Dünya futbolu2023-01-30 12:20

Firminyo yeni müqavilə bağlayacaq

blank
Dünya futbolu2023-01-30 12:01

“Böyük beşliy”in ən çox qol buraxan komandası

blank
Dünya futbolu2023-01-30 11:43

“Real” bu mövsüm ilk dəfə belə aqibətlə üzləşdi

blank
Dünya futbolu2023-01-30 11:18

“Montsa” 93 il sonra ilki bacardı

blank
Premyer-liqa2023-01-30 20:36

“Sumqayıt” – “Turan Tovuz” matçında 3 qol – VİDEO

blank
Premyer-liqa2023-01-26 22:13

“Neftçi” “Sabah”a belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2023-01-26 17:03

“Neftçi” növbəti transferini açıqladı – VİDEO

blank
Premyer-liqa2023-01-26 14:00

“Neftçi” “Sabah”la oyuna 3 ciddi itki ilə çıxacaq

blank
Premyer-liqa2023-01-25 19:29

“Zirə” “Sumqayıt”ı hesabı açmasına peşman etdi – VİDEO

blank
Ölkə futbolu2023-01-25 17:12

“Turan Tovuz” – “Qarabağ” matçında 5 qol – VİDEO

blank
Ölkə futbolu2023-01-24 23:10

“Qarabağ” yeni transferini rəsmən açıqladı – VİDEO

blank
Premyer-liqa2023-01-24 17:30

“Kəpəz” – “Qəbələ” matçında 4 qol – VİDEO

blank
Premyer-liqa2023-01-24 17:00

Elmar Baxşıyev: “Komandamız xarakter göstərdi” – VİDEO

blank
Premyer-liqa2023-01-24 16:49

Tərlan Əhmədov: “Tapşırıq tamamilə başqa idi” – VİDEO

blank
Digər idman növləri2023-01-23 17:17

Azərbaycan güləşçiləri ilin ilk sınağına hazırlaşır – VİDEO

blank
Ölkə futbolu2023-01-21 18:46

“Neftçi” böyük və tanınmış klubdur” – VİDEO

blank
Dünya futbolu2023-01-19 23:29

Messi hesabı açdı, Ronaldo dubla imza atdı – VİDEO

blank
Ölkə futbolu2023-01-19 21:27

“Neftçi” serblərə belə məğlub oldu – VİDEO

blank
Ölkə futbolu2023-01-19 20:24

“Kəpəz”dən “Kaysar”a 3 cavabsız qol – VİDEO

blank
Ölkə futbolu2023-01-19 16:53

“Neftçi” yeni transferini açıqladı – VİDEO

blank
Ölkə futbolu2023-01-19 13:54

“Sabah” – “Voyvodina” matçında 6 qol – VİDEO

blank
Ölkə futbolu2023-01-19 10:20

“Qarabağ”dan bir qələbə, bir məğlubiyyət – VİDEO

blank
Ölkə futbolu2023-01-15 18:26

“Neftçi” polşalılara belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2023-01-15 16:30

“Kəpəz”in macarlar üzərindəki qələbəsi – VİDEO

blank
Ölkə futbolu2023-01-14 14:00

“Sabah”la matça kimi tam hazır olacağımı düşünürəm” – Stankoviç

blank
Ölkə futbolu2023-01-14 13:01

“Qarabağ” Polşa klubuna belə məğlub oldu – VİDEO

blank
Ölkə futbolu2023-01-11 12:52

“Zirə”nin rumınlarla yoxlama matçında 5 qol – VİDEO

blank
Ölkə futbolu2023-01-10 20:59

“Neftçi”nin “Vaşaş”la heç-heçəsi – VİDEO

blank
Ölkə futbolu2023-01-10 13:16

Höccət Haqverdi: “Çempionluq uğrunda mübarizə aparmalıyıq”

blank
Ölkə futbolu2023-01-09 18:54

“Kəpəz”in iki futbolçusu səhər məşqində iştirak etmədi

blank
Ölkə futbolu2023-01-09 14:31

Milli üzvü rəsmən “Neftçi”də

blank
Ölkə futbolu2023-01-09 13:20

Moldova yığmasının üzvü “Turan Tovuz”da

blank
Ölkə futbolu2023-01-07 19:24

“Turan Tovuz” Antalyada – VİDEO

blank
Ölkə futbolu2023-01-05 19:40

“Neftçi”nin Türkiyədə ilk günü – VİDEO

Facebook

Gündəm