Bizi izləyin

Müsahibə

“Məhz bu inam sonda hədəfimizə çatmağımıza səbəb oldu”

blank
blank

“Sabah” klubunun kapitanı Elvin Camalovun futbolinfo.az saytına müsahibəsi

– Misli Premyer Liqasının son turunda həyati əhəmiyyətli oyundan üzüağ çıxmağı bacardınız. “Neftçi” üzərində qələbəni (1:0) nəyin hesabına əldə etdiniz?

– Bizim üçün final dəyərində oyun idi. Rəqibə heç-heçə sərf edirdisə, biz yalnız qələbə qazanmalıydıq. Məncə, bu görüşdə inam sayəsində qalib gəldik. Komanda olaraq bir-birimizə, gücümüzə güvənirdik və qalib gələ biləcəyimizə inanırdıq. Birinci dəqiqədən son dəqiqəyə kimi bu inamla oynadıq və yekunda çox vacib, həlledici qələbə qazandıq.

– Sizi avrokuboka daşıyan qolu 87-ci dəqiqədə vura bildiniz. Üzərinizdə təzyiq var idi ki, birdən qol vura bilmərik və Konfrans Liqasından kənarda qalarıq? Yoxsa son saniyələrdə olsa belə, qələbə qolunu vuracağınıza inanırdınız?

– Sonadək özümüzə inanırdıq. Meydanda olanda əksər hallarda “birdən alınmaz, qol vura bilmərik” deyə fikirləşmirsən, ancaq qələbəyə köklənirsən.

– “Sabah” üçün enişli-yoxuşlu keçən mövsümü ümumilikdə necə qiymətləndirirsiniz? Bir ara turnir cədvəlinin sonlarında qərarlaşmışdınız. Sizcə, dönüş nöqtəsi nə vaxt oldu?

– Həmin vaxt da həmişə deyirdim ki, bu komandanın potensialı var və biz yüksək pillələrdə qərarlaşa bilərik. Xoşbəxtlikdən, komandanın hər bir üzvü buna inanırdı. Məhz bu inam sonda hədəfimizə çatmağımıza səbəb oldu.

– Mövsüm ərzində 3 müxtəlif məşqçinin rəhbərliyi altında oyunlara çıxdınız. Fərqli taktikalara uyğunlaşmaq çətin olmadı?

– Əlbəttə, bunun müəyyən çətinlikləri oldu. Amma komandada olan hər bir futbolçu peşəkardır və karyeraları ərzində oxşar vəziyyətlə qarşılaşıblar. Buna görə də uyğunlaşma cəhətdən ciddi bir problem yaşanmadı.

– Çətin vaxtda komandanı çalışdırmağa başlayan Krunoslav Renduliç “Sabah”ı avrokuboklara daşıya bildi. Onda ən çox bəyəndiyiniz xüsusiyyət hansıdır?

– Ən bəyəndiyim xüsusiyyəti bizə, komandaya inanmasıdır. Hətta ən çətin vəziyyətlərdə belə, bizim bu tapşırığın öhdəsindən gələ bilməyəcəyimiz fikrini yaratmadı. İnanıram ki, baş məşqçimizlə daha böyük uğurlara imza atacağıq.

– “Sabah” Konfrans Liqasında adından söz etdirə biləcək?

– Hər birimiz uğurlu nəticə üçün əlimizdən gələni edəcəyik. Əlbəttə, bizi çətin rəqiblərin gözlədiyini bilirik. Amma komanda olaraq sona kimi mübarizə aparacağımıza, meydanda maksimum gücümüzü qoyacağımıza əminəm.

– “Sabah” son 2 mövsümdə gümüş və bürünc medal qazanıb. Növbəti mövsümdə “Qarabağ”la çempionluq mübarizəsi aparmağa gücünüz çatacaq?

– Bunu zaman göstərəcək. Hər bir komanda daim inkişaf etmək istəyər. Heç kim yerində saymaq istəməz. Əlbəttə, mən də komandamızın daim yüksək yerlərdə qərarlaşmasını, hər mövsümdə daha yaxşı çıxış etməsini istəyirəm. Ümid edirəm ki, növbəti mövsümdə daha yaxşı nəticələr qazanaraq bizə inananları və bütün azarkeşlərimizi sevindirəcəyik.

AĞA

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-07-12 15:51

UEFA yeni qayda tətbiq edəcək

blank
Digər idman növləri2024-07-12 15:36

Avropa çempionatına start verildi

blank
Ölkə futbolu2024-07-12 15:20

“Azərbaycana hazır qayıtmaq istəyirik”

blank
Digər idman növləri2024-07-12 15:03

Azərbaycan gimnastlarından Portuqaliyada bürünc medal

blank
Dünya futbolu2024-07-12 14:48

Ukrayna millisi ev oyunlarını bu ölkələrdə keçirəcək

blank
Ölkə futbolu2024-07-12 14:33

Baxşıyev Maçadonu da yanına gətirir

blank
Dünya futbolu2024-07-12 14:18

“Sabah”ın rəqibindən yeni transfer

blank
Digər idman növləri2024-07-12 14:01

Azərbaycanın daha bir atleti Paralimpiya Oyunlarında iştirak edəcək

blank
Müsahibə2024-07-12 13:47

Renduliç razıdır: “Rəhbərlik komandanı gücləndirəcək variantlar üzərində çalışır”

blank
Ölkə futbolu2024-07-12 13:30

Bu gün “Sabah” – “Makkabi” oyununun biletləri satışa çıxarılacaq

blank
Ölkə futbolu2024-07-12 13:14

Çempion braziliyalı ilə gücləndi

blank
Ölkə futbolu2024-07-12 13:00

Danışılmış oyunlarla bağlı seminar keçirildi

blank
Digər idman növləri2024-07-12 12:46

“Uimbldon”da finalçılar məlumdur

blank
Ölkə futbolu2024-07-12 12:32

“Araz-Naxçıvan” Super Liqa təmsilçisi ilə qarşılaşacaq

blank
Müsahibə2024-07-12 12:18

Adamiya “Neftçi”nin çempionluq üçün mübarizə aparacağına inanır: “Səbr etmək və inanmaq lazımdır”

blank
Milli komanda2024-07-12 12:03

Millimizin seblərlə oyununun stadionu müəyyənləşdi

blank
Digər idman növləri2024-07-12 11:49

Rumıniyada Portuqaliyaya qarşı ilk oyun

blank
Digər idman növləri2024-07-12 11:34

Avroliqanın qalibi litvalı basketbolçu ilə müqaviləni uzatdı

blank
Digər idman növləri2024-07-12 11:17

Karlsenin anası vəfat etdi

blank
Dünya futbolu2024-07-12 11:02

Mbappenin təqdimatına 100 min adam gəlmək istəyir

blank
Dünya futbolu2024-07-12 10:47

Beste “Benfika”da

blank
Ölkə futbolu2024-07-12 10:32

“Kəpəz”də yeni müqavilə

blank
Milli komanda2024-07-12 10:17

Millimizin növbəti sınağı

blank
Digər2024-07-12 10:00

MİSLİ ilə qazan!

blank
Ölkə futbolu2024-07-12 09:50

Yeni mövsümün ilk xalları

blank
Ölkə futbolu2024-07-12 09:40

İcraiyyə Komitəsində müzakirə günü

blank
Müsahibə2024-07-12 09:22

Julio Romao: “Çempionlar Liqasının qrupuna vəsiqə qazana bilərik”

blank
Ölkə futbolu2024-07-12 09:07

Rəqibimiz bir futbolçusunu itirdi

blank
Ölkə futbolu2024-07-12 08:50

“Kadinin dönüşü alınsaydı, daha yaxşı olardı”

blank
Ölkə futbolu2024-07-12 08:35

“Sabah”ın rəqibində növbəti ayrılıq

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm