Bizi izləyin

Layihə

Məktəbdə idman: kütləviliyə nail olmaq niyə mümkün deyil?

blank
blank

Sovet dövründə istər respublika daxilində, istərsə də ümumittifaq miqyasında müxtəlif kateqoriyalar üzrə spartakiadalar keçirilirdi. Xüsusən də bu mənada məktəblilər arasında idman festivalları böyük diqqət mərkəzində olurdu.

O vaxt Bakı və respublikanın digər şəhər və rayonlarının məktəbləri müxtəlif idman növlərində şagirdləri ilə təmsil olunurdu. Demək olar ki, ölkənin bütün aparıcı məktəbləri bu spartakiadaların iştirakçısı olurdu.

SSRİ-ni xatırlamaq heç də ovaxtların həsrətini çəkməyə görə deyil. İmperiya nə qədər arzuolunmaz idisə, yaxşı ənənələri də diqqət çəkirdi. Onlardan nümunə götürmək, bəzi istiqamətləri davam etdirmək zərər verməzdi.

Müstəqilliyimizi bərpa etdikdən sonra ənənə davam etdi. Bugünə qədər də ad “spartakiada” olmasa da, müxtəlif nazirliklər, qurumlar və cəmiyyətlərin təşkilatçılığı ilə məktəblər arasında fərqli idman növlərində yarışlar təşkil olunur. Amma sovet dövrü ilə müqayisədə müəyyən çatışmazlıqlar dərinə varmadan belə görünür. Artıq əvvəlki kimi yarışlar kütləvi xarakter almır və ümumi olaraq sistemsizlik hökm sürür.

Əslində, spartakiada tipli yarışlar keçirilməsə belə, bununla uşaqların idmandan kənarda qalacağını iddia etmək olmaz. Məsələn, bu proseduru biz dünyanın nəhəng idman ölkələri olan ABŞ, Avstraliya, Böyük Britaniya və ya Almaniya kimi ölkələrdə görmürük. Amma həmin ölkələrdə uşaqlar idman cəmiyyətlərinə yazılır və oradan da parlamağa başlayır. Sadəcə, bizim kimi ölkələrin onlardan fərqi ondadır ki, məktəbliləri pis vərdişlərdən qorumaq və sağlam ruhda böyütmək üçün belə yarışları keçirməyə ehtiyac duyuruq. Gələcəyini idmançı kimi görmək istəyənlər onsuz da özünə cəmiyyət tapacaq. Amma idmançı olmaq istəməsə də, bu həyəcanı yaşamaq arzusunda olan uşaqlar təmsil etdikləri məktəbin üzvü kimi bundan yararlanacaq. Hər halda, məktəblilər tədrisin müxtəlif fənləri üzrə olimpiadalara qatılırsa, niyə də fənlərdən biri olan bədən tərbiyəsi sahəsində gücünü sınamasın?

blank

Bu idman yarışlarının qayəsindən, məqsədlərindən, fəlsəfəsindən çox danışmaq olar. Amma indiki məqamda real vəziyyətlə tanış olmaq daha məqsədəuyğun olardı. Ölkədə məktəblərarası idman yarışları nə dərəcədə kütləvi hala çevrilib?

Girişdə qeyd etdiyimiz kimi, sovet dövrü ilə müqayisədə ciddi kütləviliyin şahidi olmuruq. Bəli, müxtəlif zonalar üzrə rayon məktəbləri hansısa idman növündə yarışır. Belə yarışları Təhsil Nazirliyi və AGİN idman federasiyaları ilə birgə keçirir. Məsələn son illər məktəblər arasında keçirilən yarışlara nəzər salsaq, bu mənada futbol, şahmat, həndbol, badminton, stolüstü tennis, voleybol, basketbol və cüdo növlərini qabartmaq olar. Lakin bu yarışlar epizodik xarakter daşıyır.

Əvvəla, bu turnirlər respublika əhəmiyyəti kəsb etmir. Məsələn, Elm və Təhsil Nazirliyi ildə bir dəfə zonalar üzrə məktəblər arası spartakiadalar formatında yarışlar təşkil edə bilər. Məsələn, Səbail və ya Binəqədi rayonunun məktəbləri əvvəlcə öz aralarında futbol və ya hansısa bir idman növündə yarışır, onun qalibləri sonra Bakı birinciliyində qüvvəsini sınayır. Oranın qalibi də Respublika birinciliyinə qatılır. Eyni sistemlə bunu bölgələrdə təşkil etmək zəruridir. Rayonlar öz qaliblərini müəyyənləşdirib, sonradan zona yarışına komanda çıxartsınlar, həmin zonanın da qalibi Respublika yarışında mübarizə aparsın. Özü də bunu hər il təşkil etmək lazımdır.

Peşəkar səviyyədə hansısa idman növü üzrə hər il ölkə çempionatı keçirilirsə, bunu məktəblər arasında da mütəmadi təşkil etmək məqsəduyğun olardı. Məsələn, cədvəli açıb son 10 ildə futbol üzrə ölkə çempionatında hansı məktəblərin qazandığını görürsən. Bu, istər-istəməz futbol məktəblərinin də həmin təhsil ocaqlarına müraciət etməsinə səbəb olardı. Bir məktəb özünün bundan yaxşı necə reklam edə bilər ki?

Qeydlərimiz bütün idman növlərinə aiddir. Hətta bir az da genişləndirib bunu Olimpiada sistemində təşkil etmək olar. 4 ildən bir məktəblər arasında ölkə olimpiadasını təşkil edib onun qaliblərini müəyyənləşdirmək mümkündür.

Kağız üzərində mütərəqqi ideya sayılsa da, bunları təşkil etmək üçün baza da formalaşmalıdır. Həmin bazalar isə bədən tərbiyəsi dərsliyinin keyfiyyətindən asılıdır. Hazırda məktəblərdə idman dərslərinin keyfiyyəti nə yerdədir? Bədən tərbiyəsi müəllimləri şagirdlərə dərslərdə hansı idman növünü daha çox təbliğ edir? Şagirdlər bu dərslərdə nə dərəcədə fəallıq nümayiş etdirir?

Bu yazdıqlarımız təbii ki, kəşf deyil və ola bilməz ki, bu format ancaq ilk dəfə bizim ağlımıza girsin. Görünür, məktəblərdə vəziyyət o qədər də ürəkaçan deyil. Yalnız müəyyən regionlarda aktivlik var ki, onu da elə orada təşkil edib vəziyyətdən çıxış yolu tapırlar. Bu da yalnız “nəyəsə xatir” anlayışından o tərəfə getmir.

Son illər məktəblər arasında keçirilən yarışların xronologiyası ilə tanış olanda ancaq bu səhnənin şahidi oluruq. Yəni, hansısa rayonun məktəbləri cüdo, basketbol, voleybol yarışına qatılır və oranın hansısa təhsil olacağı qalib gəlir. Bu rayon və maksimum zona səviyyəsindən o yana keçmir.

Amma ədalət naminə, müəyyən cəmiyyətlərin müxtəlif rayonlarda sistematik iş apardığını söyləyə bilərik. Bu mənada “Təhsil” cəmiyyəti və “Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol Məktəbini xüsusi qabarda bilərik. Doğrudur, “Təhsil” bütün idman növlərinə diqqət ayırısa, “Vətən” futbolçu yetişdirir. Və “Vətən” kimi başqa idman növlərində ixtisaslaşan cəmiyyətlər də var.

Elə gənclər və İdman Nazirliyinin iki gün öncə ilin yekunlarına aid keçirdiyi qala-gecədə ən yaxşı məktəblərə mükafatların təqdim edilməsi buna sübutdur. Bəli, ilk 3 yeri tutan Uşaq-Gənclər İdman Məktəblərinin adlarına nəzər salsaq, onların bu yazının formatına uyğun tədris müəssisəsi sayılmadığını söyləyə bilərik. Amma hər halda, Sumqayıtın 1 saylı Uşaq-Gənclər İdman Şahmat Məktəbi, “Vətən” RİOEUG Futbol Məktəbi və Şabran UGİM-i uğurlu ilk 3 yeri tutduğuna görə təbrik etmək lazımdır. Deməli, işlərini doğru görürlər.

Xüsusən də “Vətən”in futbolçu yetişdirmək üçün strategiyasına nəzər salanda doğru işlər gördüyünü qeyd etmək lazımdır. Deməli, adıçəkilən məktəb ən istedadlı uşaqlarını “Sabah”a təhvil verirsə, ortababları özündə saxlayır, ən zəifləri də itib-batmaması üçün başqa ünvanlara istiqamətləndirir.

Məktəblər arasında futbol yarışlarının təşkilində AFFA-nın da müəyyən rolu var. “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi ilə bölgələrdə məktəblər arasında futbol yarışları keçirən qurum nəsə etməyə çalışır. AFFA həm də siniflər üzrə məktəblər arasında respublika birinciliyi təşkil edir. Elm və Təhsil Nazirliyi və yaxud Gənclər və İdman Nazirliyi məktəblər üzrə ümumrespublika spartakiadalarını keçirmirsə, o zaman federasiyaların üzərinə belə yük düşməlidir. AFFA kimi daha neçə idman federasiyaları bu tədbirləri proqram əsasında həyata keçirsə, bundan təkcə ölkə idmanı yox, həm də gənclik fayda götürər.

“Təhsil” idman cəmiyyətinin keçirdiyi ölkədaxili ən mötəbər tədbir isə şahmat turniri olub.  14-21 dekabr 2022-ci il tarixlərində keçirilən birincilik 7 turdan ibarət olub. 6 yaş qrupu üzrə 12 kateqoriyada keçirilən yarışda 28 rayon və şəhər məktəblərindən 150 – 82 oğlan, 68 qız şahmatçı iştirak edib.

blank

Yarışın keçirilməsində əsas məqsəd Elm və Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən UGİŞM-lərin yetirmələri arasında yaş qruplarında 2022-ci il üçün ən güclü şahmatçıların müəyyən edilməsi, şahmatçıların oyun təcrübələrinin, ustalıq səviyyələrinin və idman dərəcələrinin artırılması, şahmatçılar arasında dostluq əlaqələrinin yaranmasından ibarətdir.

Ümid edək ki, belə layihələr hələ uzun müddət davam edəcək və daha da təkmilləşdiriləcək. İdman hər nə qədər rəqabət ruhlu bir anlayış olsa da, onun fəlsəfəsi həm də yaxınlıq, birlik və dostluq deməkdir. Bunu da uşaqlara aşılamaq lazımdır. Belə münbit şəraiti yaratmaq üçün isə məktəblərdən ideal yer tapmaq mümkün deyil.

ABBAS

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

blank
Reklam

Reklam

Reklam


blank
Dünya futbolu2023-02-04 02:20

“Çelsi” doğma meydanda xal itirdi

blank
Dünya futbolu2023-02-04 02:03

“Bayer” səfərdə uduzdu

blank
Dünya futbolu2023-02-04 01:39

Madaqaskar Afrikanın 3-cüsü oldu

blank
Dünya futbolu2023-02-04 00:33

“Başakşəhər”də bir ayrılıq, iki yeni futbolçu

blank
Ölkə futbolu2023-02-03 23:23

Nazim Süleymanova “Ximki”də yeni vəzifə verildi

blank
Digər idman növləri2023-02-03 23:02

Alyona Kolesnik reytinq turnirində bürünc medal qazandı

blank
Dünya futbolu2023-02-03 22:20

Ronaldo “Əl-Nəsr”də qol hesabını açdı

blank
Digər idman növləri2023-02-03 22:00

Azərbaycanın 79 məşqçisi IJF Akademiyasının təliminə qatılacaq

blank
Digər idman növləri2023-02-03 21:40

Azərbaycan idmançılarının fevral ayı üçün reytinq cədvəli açıqlandı

blank
Premyer-liqa2023-02-03 21:24

“Zirə” – “Qəbələ”: 32-ci duel

blank
Digər idman növləri2023-02-03 20:57

“Böyük Dəbilqə”: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu

blank
Ölkə futbolu2023-02-03 19:51

“Qarabağ” Gəncəyə yola düşdü

blank
Ölkə futbolu2023-02-03 18:31

Bizim Miura: 53 yaşına kimi futbol oynayan “At Əli” – VİDEO

blank
Ölkə futbolu2023-02-03 18:00

AFFA “Neftçi”nin şikayətini təmin etdi

blank
Dünya futbolu2023-02-03 17:47

Qvardiola: “Kanselo hər zaman oynamaq istəyir”

blank
Digər idman növləri2023-02-03 17:33

Azərbaycan çempionatının püşkü atıldı

blank
Dünya futbolu2023-02-03 17:15

Məsut Özil “tamam” dedi

blank
Müsahibə2023-02-03 17:04

“Rəqibin nə düşündüyü bizi maraqlandırmamalıdır”

blank
Ölkə futbolu2023-02-03 16:52

Daha bir komandaya texniki məğlubiyyət verildi

blank
Dünya futbolu2023-02-03 16:42

Arteta 3-cü, Reşford 2-ci dəfə

blank
Dünya futbolu2023-02-03 16:33

“Yuventus” Poqbadan bezib

blank
Premyer-liqa2023-02-03 16:20

“Qəbələ” və “Zirə”nin legionerləri cəzalandı

blank
Ölkə futbolu2023-02-03 16:10

Yüksək Liqada XII turun oyun cədvəli

blank
Dünya futbolu2023-02-03 15:50

Krivotsyuk 600 min avroya satılır – getdiyi klub da bəllidir

blank
Ölkə futbolu2023-02-03 15:41

“Zirə”yə görə Bakıya gəlir – Nigeriyalı futbolçu

blank
Premyer-liqa2023-02-03 15:25

“Kəpəz” – “Qarabağ” matçının hakim təyinatları açıqlandı

blank
Müsahibə2023-02-03 15:00

Vüsal İsgəndərli: “Stabilliyi saxlamaq lazımdır”

blank
Dünya futbolu2023-02-03 14:29

Paytaxt klubunda ispan futbolçu

blank
Dünya futbolu2023-02-03 14:00

Müller tarixi rekordu təkrarladı

blank
Ölkə futbolu2023-02-03 13:47

“Məğlubiyyətləri stadionun üstünə atmaq olmaz”

blank
Premyer-liqa2023-02-01 20:34

“Zirə” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-02-01 18:38

“Sabah” Qəbələdə 3 cavabsız qola sevindi – VİDEO

blank
Ölkə futbolu2023-01-31 22:53

Saldanya adını “Neftçi”nin tarixinə yazmaq istəyir – VİDEO

blank
Ölkə futbolu2023-01-31 21:03

“Səbail” “Kəpəz”i tək qolla yendi – VİDEO

blank
Premyer-liqa2023-01-31 18:44

“Qarabağ” 3 xalı 3 qolla qazandı – VİDEO

blank
Premyer-liqa2023-01-30 20:36

“Sumqayıt” – “Turan Tovuz” matçında 3 qol – VİDEO

blank
Premyer-liqa2023-01-26 22:13

“Neftçi” “Sabah”a belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2023-01-26 17:03

“Neftçi” növbəti transferini açıqladı – VİDEO

blank
Premyer-liqa2023-01-26 14:00

“Neftçi” “Sabah”la oyuna 3 ciddi itki ilə çıxacaq

blank
Premyer-liqa2023-01-25 19:29

“Zirə” “Sumqayıt”ı hesabı açmasına peşman etdi – VİDEO

blank
Ölkə futbolu2023-01-25 17:12

“Turan Tovuz” – “Qarabağ” matçında 5 qol – VİDEO

blank
Ölkə futbolu2023-01-24 23:10

“Qarabağ” yeni transferini rəsmən açıqladı – VİDEO

blank
Premyer-liqa2023-01-24 17:30

“Kəpəz” – “Qəbələ” matçında 4 qol – VİDEO

blank
Premyer-liqa2023-01-24 17:00

Elmar Baxşıyev: “Komandamız xarakter göstərdi” – VİDEO

blank
Premyer-liqa2023-01-24 16:49

Tərlan Əhmədov: “Tapşırıq tamamilə başqa idi” – VİDEO

blank
Digər idman növləri2023-01-23 17:17

Azərbaycan güləşçiləri ilin ilk sınağına hazırlaşır – VİDEO

blank
Ölkə futbolu2023-01-21 18:46

“Neftçi” böyük və tanınmış klubdur” – VİDEO

blank
Dünya futbolu2023-01-19 23:29

Messi hesabı açdı, Ronaldo dubla imza atdı – VİDEO

blank
Ölkə futbolu2023-01-19 21:27

“Neftçi” serblərə belə məğlub oldu – VİDEO

blank
Ölkə futbolu2023-01-19 20:24

“Kəpəz”dən “Kaysar”a 3 cavabsız qol – VİDEO

blank
Ölkə futbolu2023-01-19 16:53

“Neftçi” yeni transferini açıqladı – VİDEO

blank
Ölkə futbolu2023-01-19 13:54

“Sabah” – “Voyvodina” matçında 6 qol – VİDEO

blank
Ölkə futbolu2023-01-19 10:20

“Qarabağ”dan bir qələbə, bir məğlubiyyət – VİDEO

blank
Ölkə futbolu2023-01-15 18:26

“Neftçi” polşalılara belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2023-01-15 16:30

“Kəpəz”in macarlar üzərindəki qələbəsi – VİDEO

blank
Ölkə futbolu2023-01-14 14:00

“Sabah”la matça kimi tam hazır olacağımı düşünürəm” – Stankoviç

blank
Ölkə futbolu2023-01-14 13:01

“Qarabağ” Polşa klubuna belə məğlub oldu – VİDEO

blank
Ölkə futbolu2023-01-11 12:52

“Zirə”nin rumınlarla yoxlama matçında 5 qol – VİDEO

blank
Ölkə futbolu2023-01-10 20:59

“Neftçi”nin “Vaşaş”la heç-heçəsi – VİDEO

blank
Ölkə futbolu2023-01-10 13:16

Höccət Haqverdi: “Çempionluq uğrunda mübarizə aparmalıyıq”

Facebook

Gündəm