Ölkə futbolu
Məqsəd İsayev “Zirə”də – iki illik müqavilə bağladı

“Zirə” bu mövsüm üçün ilk transferini reallaşdırıb. Qəsəbə təmsilçisi “Qəbələ” ilə müqaviləsi bitən Məqsəd İsayevi heyətinə qatıb.
Futbolinfo.az xəbər verir ki, klub rəsmi açıqlama verməyə tələsmir. Lakin oyunçunun iki illik müqaviləyə imza atdığı dəqiqdir.
“Neftçi”nin maraqlandığı, “Səbail”in israrla istədiyi Məqsədin “Zirə”ni seçməsi maliyyə şərtləri ilə bağlıdır. Aylıq 12 min manat maaş istəməsi üzündən “Səbail”in vaz keçdiyi futbolçunun arzusunu qəsəbə təmsilçisi yerinə yetirib.
“Zirə” “Qəbələ” ilə müqavilə bağlamaqdan imtina edən daha bir neçə futbolçu ilə maraqlanır. Lakin onlarla bağlı vəziyyət hələ dəqiqləşməyib. Ruan Renato bölgə təmsilçisində maaşının artırılacağı ümidi ilə gözləyir, Felipe Santosla Rafael Utziq düşünmək üçün vaxt istəyib. Yalnız Ülvi İsgəndərovun keçidi tezliklə həll oluna bilər.
Karyerası ərzində “Neftçi”, “Keşlə”, “Sabah”, “Səbail” və “Qəbələ”də oynamış Məqsəd iki illik fasilədən sonra paytaxta qayıtdı. 28 yaşlı cinah müdafiəçisinin transferi tezliklə rəsmən açıqlanmalıdır.

- Ölkə futbolu2023-09-14 16:51
“Adana Dəmirspor” “Qarabağ”ın daha bir oyunçusuna “elçi düşdü”
- Ölkə futbolu2023-09-15 08:00
CAS-dan qərar gəldi: AFFA və “Sumqayıt” cəzalandı!
- Milli komanda2023-09-14 15:10
AFFA pul payladı: yenə məğlubiyyətə görə mükafat
- Ölkə futbolu2023-09-14 09:30
Melano “Neftçi”yə Korreanın məsləhəti ilə gəlib