Bizi izləyin

Dünya futbolu

Mərakeşin qisas yolu: Belçika, İspaniya, Portuqaliya… Fransa

blank
blank

Hər nə qədər futbolu siyasətdən uzaq tutmağa çalışsalar da, siyasi elementlər oyunların daha intriqalı keçməsinə şərait yaradır. Yaxınlarda İran – ABŞ matçında özünüz buna şahid oldunuz.

Və ya Argentina ilə İngiltərə arasında oyunlar bu iki ölkənin Folklend  adaları uğrunda müharibə aparmasına görə həmişə daha gərgin mübarizə şəraitində keçir. Əlbəttə, bu iki ölkənin milli komandalarının gücü də intriqanı bəzən dözülməz həddə çatdırır. Amma güc nisbətini bir kənara qoyanda da, meydandankənar amillər daha çox qabardılır.

Hazırda İspaniya ilə Mərakeş millilərini nəinki tərəzinin eyni, hətta ayrı-ayrı gözlərinə qoymaq mümkün deyil. Mərakeşlilər ara-sıra Dünya Çempionatına vəsiqə qazanmaqla heç də zəif komanda olmadıqlarını sübut etsələr də, güc nisbətində ispanların həndəvərində belə dayana bilməzlər. Hər halda, biz son vaxtlar futbolda dəb müəyyənləşdirən dünya və Avropa çempionlarından danışırıq. Amma bu komandanın Mərakeşlə oyunları siyasi məsələlərə görə gərgin mübarizə şəraitində keçir.

DÇ-2018-də qrup mərhələsində 2:2 hesabıyla başa çatan oyunda bu gərginliyi hiss etdik. Qətərdəki mundialın 1/8 finalındakı oyun da “hər qarış torpaq uğrunda” mübarizə şəraitində keçdi.  Əslində bu iki komanda arasında rəqabət də elə “bir neçə qarış torpağ”a görədir. Mərakeşlə İspaniyanı Aralıq dənizi ayırsa da, Mərakeş ərazisindəki Seuta və Melilya şəhərlərinə nəzarət  edə bilmir. Bəli, bu iki şəhər İspaniyaya məxsusdur.

Mərakeş 1956-cı ildə İspaniya və Fransa asılıığından xilas olsa da, bu iki şəhəri ispanların əlindən qopara bilmədi. Bu iki şəhərlə yanaşı, Mərakeş ətrafında bir neçə ada da İspaniyanın nəzarəti altındadır. Amma bərbər ərəblərini həmin adalardan çox quru ərazisində qara ləkə kimi qalan Seuta və Melilya şəhərlərinin əldən çıxması yandırır.

Əslində, xəritədəki bu mənzərə nə qədər əcaib görünsə də, İspaniyanın tarixi planda bu ərazilərə iddia etmək haqqı var.  Melilya 1497-ci ildə Rekonkista hərəkatından sonra İspaniyanın caynağına keçibsə (bu hərəkat nəticəsində müsəlmanlar xristianlar tərəfindən öz tarixi torpaqlarından sıxışdırılıb çıxarılmışdı),  Seuta XVII əsrdə Portuqaliyanın əlindən çıxaraq İspaniyaya qismət olub.

Maraqlıdır ki, bu ərazilər İspaniya üçün Pamplonadan daha qədimdir. Halbuki, mədəni planda Pamplona daha “qatı” İspaniya şəhəridir. Doğrudur, Pamplona ispanlarla baskların kəsişmə nöqtəsi sayılır. Amma Pamplonaya görə başqa heç bir ölkə İspaniyaya ərazi iddiası irəli sürmür.

blank

Burada bir oxşar məqam var ki, istər Pamplona, istərsə də Melilya ilə Seutanın əhalisinin əsas hissəsi ispanlardan ibarətdir.  Xüsusən də Mərakeş ərazisindəki bu şəhərlər arxitektura cəhətdən tipik Avropa üslubunda inşa olunub.  Yəni, Mərakeşin digər şəhərlərini gəzib bura daxil olanda tam fərqli görüntünün şahidi olursan.  Bu mənada Melilya daha çox Barselonaya bənzəyir.  Belə ki, bu şəhər Barselonadan sonra İspaniyada ar-nuvo və ar-deko memarlıq üslubunda tikilən 2-ci ən böyük şəhər sayılır.  Bunun da səbəbi müasir Barselonanın qurucusu sayılan dahi memar Antoni Qaudinin tələbəsi Enrike Nyetonun Melilyadakı fəaliyyətidir.

Təbii ki, Mərakeş öz sərhədləri daxilində yamaqlara nəzarət edə bilməməsinə səbr nümayiş etdirə bilməz.  Bu iki port şəhərinin tarixi bərbər torpağı olduğunu iddia edən Mərakeş höküməti ərazilərin geri qaytarılmasını tələb edir. İspaniya isə iddia edir ki, Mərakeş hələ müstəqilliyini elan etməzdən əvvəl bu iki şəhər İspaniya ərazisi olub.

İki ölkə arasında 1975-dən 1991-ci ilə qədər fasilələrlə müharibə də baş verib. Görünən odur ki, bu müharibə nəticəsində 7000 itki verən Mərakeş İspaniyadan halal hesab etdiyi torpağını qopara bilməyib. Bu iki ölkə arasında gərginlik 2000-ci illərdə də yaşanıb. Mərakeş hüquq-mühafizə orqanları İspaniyanın nəzarət altında ərazilərə narkotik ticarətçilərini və qeyri-leqal mühacirləri axtarmaq məqsədi ilə soxularkən İspaniya ordusunu səfərbər etmək qərarına gəldi. Hər iki ölkə müharibənin bir addımlığında olarkən ABŞ-ın sabiq dövlət katibi Kolin Pauell məsələyə müdaxiıə edərək qan tökülməsinin qarşısını aldı.

Yeri gəlmişkən, hər nə qədər Mərakeş İspaniya ərazilərinə iddialı olsa da, Seuta ilə Melilya başda işsiz bərbərlər olmaqla afrikalı mühacirlərin Avropaya köçmək üçün ümid çırağı sayılır. İtaliya və İspaniyaya dəniz yolu ilə düşmək çətin və təhlükəli olduğundan afrikalılar bu iki anklav şəhərə basqın etmək planları cızır. Əslində, burada “basqın etmək” feilindən boş yerə istifadə etmədik. Belə ki, ispanlar qeyri-leqal miqrantların axınının qarşısını almaq üçün altımetrlik xüsusi hasarlar çəkib. Amma işsiz-gücsüz afrikalılar dəfələrlə bir yerə yığışaraq bu hasarları aşıra bilib. Hətta bəzən Avropada futbol oynamaq istəyən “Qara Qitə”nin təmsilçiləri də Seuta və Melilyaya soxulub.

blank

Bu məsələnin siyasi tərəfi. Keçək futbol aspektinə. Elə Seuta və Melilyadan başlayaq. Hər iki şəhərin komandaları heç vaxt  La Liqaya yüksəlməyib. Ümumiyyətlə, bu komandalar III və IV divizionlarda “çulunu sudan çıxarır”. Amma bu iki komanda İspaniya Kubokunda müəyyən vaxtlarda “Real” və “Barselona” ilə qarşılaşıb. Məsələn, 2008-ci ildə  “Real” “Melilya” səfərinə yollanıb. Klub rəhbərliyi də bundan istifadə edərək oyunun biletlərini 70 avroya qaldırmaq qərarına gəlib. 7000 oturacağı olan stadionda anşlaq qeydə alınıb. Oyun isə “Real”ın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

2010-cu ildə “Barselona” “Seuta” ilə münasibətlərinə aydınlıq gətirmək məcburiyyətində qalıb. Məhz bu oyuna görə “Seuta” stadionda əlavə olaraq 2600 oturacaq quraşdırıb. Ən bahalı bilet isə 150 avroya satılıb.  Buna baxmayaraq,  2:0 hesabıyla qələbə qazandığı oyunda “Barselona” Messi, Xavi və İnyestanı evdə qoyub gəlib. Bu da “mərakeşlilər”in narazılığı ilə qarşılanıb.

Əsl mərakeşlilərə gəlincə, onlar da ispanlaşa bilərdi. Belə ki, “Real” akademiyasının məzunu olan Əşrəf Hakimi vaxtilə İspaniya vətəndaşlığını qəbul edə bilərdi. Daha doğrusu, ispanlar bu futbolçunun istedadını görərək ona vətəndaşlıq statusu təklif edib. Amma Əşrəf tarixi vətəninin millisinin şərəfini qorumağa üstünlük verib. Elə 1/8 finalda da Hakimi  sonuncu penaltini qola çevirərək əzəli rəqibini nokauta saldı.

Uzağa getməyib, ispanların bütün penaltilərini dəf edən “Sevilya”nın qapıçısı Bununu ön plana çıxara bilərik.  31 yaşlı qapıçı 2013-cü ildən İspaniyada çıxış edir.  Ümumiyyətlə, Mərakeş yığmasında Bunu ilə yanaşı, İspaniyada oynayan daha 3 futbolçu var. Söhbət “Valyadolid”in müdafiəçisi Cavad Əl-Yamik, “Osasuna”nın hücumçusu Abde Ezzalzuli  və “Sevilya”nın forvardı Yussuf En-Nesiridən gedir.

Həyatın işinə bax, Belçikada ən çox miqrant mərakeşlilər sayılır. Bu komanda qrup mərhələsində əvvəlcə Belçikanı məğlub etdi. Bu dəfə İspaniyanı evə göndərdilər. 1/4 finalda tarixin müəyyən dövrlərində onların sinələrinə dağ çəkən Portuqaliya ilə qarşılaşacaqlar. Sonra isə daha bir əzəli düşmənləri Fransa ilə üzləşə bilərlər. Siyasət araya girəndə rəqabət belə amansız, qələbə belə şirin olur.

ABBAS

blank
Reklam

Reklam

Reklam


blank
Dünya futbolu2023-01-31 11:09

A Seriyasından Liqa 1-ə 10 milyonluq transfer

Ölkə futbolu2023-01-31 11:00

“Qəbələ”nin legioneri: “Qalib gəlməli və xallar əldə etməliyik”

blank
Ölkə futbolu2023-01-31 10:23

Ovusu “Ferentsvaroş”u ÇL-ə görə seçib

blank
Dünya futbolu2023-01-31 10:00

Super Liqa klubu “Şaxtyor”un hücumçusu ilə gücləndi

blank
Dünya futbolu2023-01-31 09:42

Jorjinyo və Ziyeş üçün vida günü

blank
Dünya futbolu2023-01-31 09:28

Sərdar Azmun üçün yeni müştəri

blank
Dünya futbolu2023-01-31 09:14

“Tottenhem” Porronun keçidini həll etdi

blank
Premyer-liqa2023-01-31 09:00

“Qarabağ” “Şamaxı”ya, “Səbail” “Kəpəz”ə qarşı

blank
Dünya futbolu2023-01-31 02:06

“Vilyarreal” doğma meydanda uduzdu

blank
Dünya futbolu2023-01-31 01:51

Son oyunda heç-heçə

blank
Ölkə futbolu2023-01-31 01:34

Azərbaycanlı futbolçu Polşa klubundan ayrıldı

blank
Digər2023-01-31 01:22

Fərid Qayıbov tanınmış idmançı ilə görüşdü

blank
Dünya futbolu2023-01-31 01:08

Türkiyə millisinin üzvü rəsmən “Qalatasaray”da

blank
Dünya futbolu2023-01-31 00:03

“Fənərbaxça”dan 6 milyon avroluq transfer

blank
Dünya futbolu2023-01-30 23:43

“Valensiya” Qattuzonu istefaya göndərdi

blank
Dünya futbolu2023-01-30 22:44

Almanların yeni hədəfi

blank
Dünya futbolu2023-01-30 22:19

“Everton” Qallaheri istəyir

blank
Digər idman növləri2023-01-30 22:10

Liderdən daha iki qələbə

blank
Ölkə futbolu2023-01-30 21:58

“Kəpəz” rəhbərliyi nazirlə görüşdü

blank
Dünya futbolu2023-01-30 21:46

“Ferentsvaroş” Ovusunu rəsmən təqdim etdi

blank
Digər idman növləri2023-01-30 21:40

“Azərreyl”dən növbəti qələbə

blank
Ölkə futbolu2023-01-30 21:35

Çəlikəl Lunyovla bağlı ruslara danışdı: “Müzakirələr bitdi”

blank
Ölkə futbolu2023-01-30 21:22

Tovuzluların qələbə həsrəti – bu dəfə rəqibə özləri yardım etdi

blank
Premyer-liqa2023-01-30 21:12

Samir Abasov ot örtüyündən şikayətləndi

blank
Dünya futbolu2023-01-30 21:00

“Vulverhempton”un yeni oyunçusu “Flamenqo”dan gəldi

blank
Premyer-liqa2023-01-30 20:49

“Qol imkanlarından istifadə edə bilmədik” – Ayxan Abbasov

blank
Dünya futbolu2023-01-30 20:43

Kanselo icarəyə getdi

blank
Premyer-liqa2023-01-30 20:36

“Sumqayıt” – “Turan Tovuz” matçında 3 qol – VİDEO

blank
Ölkə futbolu2023-01-30 20:07

“Qarabağ” Ovusunun ayrılığını rəsmən açıqladı

blank
Premyer-liqa2023-01-30 19:57

“Turan Tovuz” Sumqayıtdan xalsız qayıtdı

blank
Premyer-liqa2023-01-30 20:36

“Sumqayıt” – “Turan Tovuz” matçında 3 qol – VİDEO

blank
Premyer-liqa2023-01-26 22:13

“Neftçi” “Sabah”a belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2023-01-26 17:03

“Neftçi” növbəti transferini açıqladı – VİDEO

blank
Premyer-liqa2023-01-26 14:00

“Neftçi” “Sabah”la oyuna 3 ciddi itki ilə çıxacaq

blank
Premyer-liqa2023-01-25 19:29

“Zirə” “Sumqayıt”ı hesabı açmasına peşman etdi – VİDEO

blank
Ölkə futbolu2023-01-25 17:12

“Turan Tovuz” – “Qarabağ” matçında 5 qol – VİDEO

blank
Ölkə futbolu2023-01-24 23:10

“Qarabağ” yeni transferini rəsmən açıqladı – VİDEO

blank
Premyer-liqa2023-01-24 17:30

“Kəpəz” – “Qəbələ” matçında 4 qol – VİDEO

blank
Premyer-liqa2023-01-24 17:00

Elmar Baxşıyev: “Komandamız xarakter göstərdi” – VİDEO

blank
Premyer-liqa2023-01-24 16:49

Tərlan Əhmədov: “Tapşırıq tamamilə başqa idi” – VİDEO

blank
Digər idman növləri2023-01-23 17:17

Azərbaycan güləşçiləri ilin ilk sınağına hazırlaşır – VİDEO

blank
Ölkə futbolu2023-01-21 18:46

“Neftçi” böyük və tanınmış klubdur” – VİDEO

blank
Dünya futbolu2023-01-19 23:29

Messi hesabı açdı, Ronaldo dubla imza atdı – VİDEO

blank
Ölkə futbolu2023-01-19 21:27

“Neftçi” serblərə belə məğlub oldu – VİDEO

blank
Ölkə futbolu2023-01-19 20:24

“Kəpəz”dən “Kaysar”a 3 cavabsız qol – VİDEO

blank
Ölkə futbolu2023-01-19 16:53

“Neftçi” yeni transferini açıqladı – VİDEO

blank
Ölkə futbolu2023-01-19 13:54

“Sabah” – “Voyvodina” matçında 6 qol – VİDEO

blank
Ölkə futbolu2023-01-19 10:20

“Qarabağ”dan bir qələbə, bir məğlubiyyət – VİDEO

blank
Ölkə futbolu2023-01-15 18:26

“Neftçi” polşalılara belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2023-01-15 16:30

“Kəpəz”in macarlar üzərindəki qələbəsi – VİDEO

blank
Ölkə futbolu2023-01-14 14:00

“Sabah”la matça kimi tam hazır olacağımı düşünürəm” – Stankoviç

blank
Ölkə futbolu2023-01-14 13:01

“Qarabağ” Polşa klubuna belə məğlub oldu – VİDEO

blank
Ölkə futbolu2023-01-11 12:52

“Zirə”nin rumınlarla yoxlama matçında 5 qol – VİDEO

blank
Ölkə futbolu2023-01-10 20:59

“Neftçi”nin “Vaşaş”la heç-heçəsi – VİDEO

blank
Ölkə futbolu2023-01-10 13:16

Höccət Haqverdi: “Çempionluq uğrunda mübarizə aparmalıyıq”

blank
Ölkə futbolu2023-01-09 18:54

“Kəpəz”in iki futbolçusu səhər məşqində iştirak etmədi

blank
Ölkə futbolu2023-01-09 14:31

Milli üzvü rəsmən “Neftçi”də

blank
Ölkə futbolu2023-01-09 13:20

Moldova yığmasının üzvü “Turan Tovuz”da

blank
Ölkə futbolu2023-01-07 19:24

“Turan Tovuz” Antalyada – VİDEO

blank
Ölkə futbolu2023-01-05 19:40

“Neftçi”nin Türkiyədə ilk günü – VİDEO

Facebook

Gündəm