Dünya futbolu
Mərakeşli futbolçu: “Növbəti oyunda da eynisini edəcəyik”

Mərakeş millisi Qətərdə qazandığı uğurlu nəticələri bayram edir. Dünyanın ən yaxşı 8 komandası sırasına yüksələn afrikalılar bunu təsadüf saymır və layiq olduqlarını düşünür.
Futbolinfo.az xəbər verir ki, İspaniyanı penaltilər seriyasında məğlub edərək ¼ finala yüksələn Mərakeş millisinin aparıcı üzvü Romen Sais iddialıdır: “Biz tarix yazmaq istədik və bunu bacardıq. Daha çoxunu bacara bilərik. İstedadlı futbolçularımız var və indi yolumuza davam edəcəyik. İspaniya ilə görüşdə oyun planına tam əməl etdik. Hamının eyni məqsəd uğrunda birlikdə necə çalşmalı olduğunun nümunəsini göstərdik”.
Sais qələbəni həmyerlilərinə həsr edir: “Bütün mərakeşliləri məmnun etdiyimiz üçün xoşbəxtik. Çox çətin oyun oldu, xeyli əziyyət çəkdik. Dişlərimizi bir-birnə sıxıb döyüşdük. ¼ finalda da eynisini edəcəyik”.

Reklam
- Ölkə futbolu2023-02-04 09:35
Qurban Qurbanovun nəcib addımını Gəncədə unutmayıblar
- Ölkə futbolu2023-02-04 14:16
“Qarabağ” fanatları Gəncədə problemlə üzləşdi
- Ölkə futbolu2023-02-03 18:31
Bizim Miura: 53 yaşına kimi futbol oynayan “At Əli” – VİDEO
- Premyer-liqa2023-02-04 15:53
“Qarabağ” Gəncədə xal itirdi