Digər idman növləri
Məmmədyarov və Rəcəbov üçün Mayami sınağı
Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov iyulun 10-da Mayamidə start götürəcək “Çempionlar Turu”nun növbəti mərhələsində iştirak edəcəklər.
Futbolinfo.az xəbər verir ki, yarışda ümumilikdə 16 şahmatçı mübarizə aparacaq.
Qrossmeysterlərimizin turnirdə rəqibləri Yan-Kşiştof Duda, Radoslav Voytaşek (hər ikisi Polşa), Aniş Giri (Niderland), Lenyer Dominqes, Levon Aronyan, Samuel Sevyan, Samuel Şenklend, Ceffri Şonq, Hans Niman (hamısı ABŞ), Rixard Rapport (Macarıstan), Aryan Tari (Norveç), Vey Yi, Yu Venjun (hər ikisi Çin) və Arjun Eriqaisi (Hindistan) olacaq.
Şahmatçılar öncə dairəvi sistem üzrə mübarizə aparacaqlar. 15 turdan sonra ilk “səkkizlik” pley-offa yüksələcək.
Turnirə iyulun 17-də yekun vurulacaq.
- Ölkə futbolu2024-04-17 17:17
Kadiri yeni məşqçiyə uyğunlaşır: “Zamana ehtiyacımız var”
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- I Liqa2024-04-17 17:34
Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını dəyişdi
- Dünya futbolu2024-04-17 16:41
Daha bir özbək İtaliyaya köçür