Ölkə futbolu
Məzahir Süleymanzadə vəfat edib
Azərbaycanın tanınmış jurnalisti Məzahir Süleymanzadə vəfat edib.
Futbolinfo.az xəbər verir ki, bu barədə onun qardaşı Tahir Süleymanzadə bildirib.
Məzahir Süleymanzadə 1952-ci il dekabrın 22-də Bakıda anadan olub. 1970-ci ildə Şamaxı şəhərindəki 1 saylı orta məktəbi bitirib. Ötən əsrin 70-ci illərinin əvvələrində Şamaxı Tarix-Diyarşünaslıq Muzeyinə rəhbərlik etmiş jurnalist Zaqafqaziya Hərbi Dairəsinin Tbilisidəki Ali Hərbi Müxbirlər məktəbini, Lvov Ali Hərbi-Siyasi Məktəbinin jurnalistika fakultəsini bitirib. 1974 – 1979-cu illərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb.
1989-cu ildə müstəqil Azərbaycan mətbuatının ilklərindən sayılan “Səhər” qəzetini təsis edən Məzahir Süleymanzadə 1984-1994-cü illərdə “Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Mirzə Cəlil”, “Araz” mükafatına layiq görülüb, 1989-cu ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunub. O, 2005-ci ildə Azərbaycan Prezidentinin fərmanı ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.
Süleymanzadə “Neftçi”nin və AFFA-nın mətbuat xidmətinin rəhbəri, Bakı Futbol Federasiyasında prezident və vitse-prezident vəzifələrində də çalışıb. Onun bu ilin dekabrın 22-də 70 illik yubileyi olacaqdı.
Allah rəhmət eləsin!
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”