Müsahibə
Maçado VAR-dan narazıdır: “VAR-la mübahisəli epizodlara son qoyulmur”
“Qəbələ”nin futbolçusu Ramon Maçadonun futbolinfo.az saytına müsahibəsi
- Son turda “Şamaxı” ilə heç-heçə etdiniz. Bu cür oyunlarda xal itirmək komandaya pis təsir etmir?
- Fikrimcə, biz rəqibdən üstün oynadıq və xeyli sayda qol epizodu yaratdıq. Qalibiyyətə layiq idik. Amma təəssüf ki, heç-heçə oldu. Təbii ki, buna üzülürük.
- Bu oyunda azarkeşlər də sadəcə qələbə düşünürdü…
- Çətin olacağını bilirdik, “Sabah” Şamaxıda son anda qalib gəldi. Futbol budur, liqada asan oyunumuz yoxdur. Bütün komandalarla evdə qarşılaşmaq çətindir.
- Səncə, komanda 1 xal qazandı, yoxsa 2 xal itirdi?
- İnanıram ki, 2 xal itirdik, çünki matçda qalib gəlməli idik və daha çox qol imkanları yaratdıq.
- Sənin oyunda vurduğun zərbədən sonra top rəqib müdafiəçiyə dəysə də, hakim penalti vermədi. Həmin epizoda sonradan baxdın?
- Çempionatda mübahisəli gedişlərə son qoymaq üçün VAR tətbiq olundu, amma gördüyümüz kimi heç də elə deyil. Məncə, bu, penalti idi.
- “Neftçi”dən sonra Azərbaycanda “Qəbələ”yə keçdin. Burada oynamaq sənin üçün rahatdır?
- Mən Azərbaycana çox rahat və asan adaptasiya oldum. Artıq ikinci mövsümümü keçirirəm və özümü daha yaxşı hiss edirəm.
- Növbəti oyununuz evdə “Kəpəz”lədir…
- Bizi sadəcə 3 xal qane edəcək. Evdə oynayırıq və qalib olmalıyıq.
AĞA
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”