Milli komanda
Mahir Belçika səfəri üçün də ümidlidir: “Hər şey yaxşı olacaq”

“Bu, bizim üçün çox önəmli qələbədir”. Buunu Azərbaycan millisinin futbolçusu Mahir Emreli deyib. O, Bakıda İsveç millisinə 3:0 hesabı ilə qalib gəldikləri AVRO-2024-ün seçmə mərhələ oyunundan sonra jurnalistlərə açıqlama verib.
26 yaşlı hücumçu hər bir oyunçunun bu matçda qələbə haqqında fikirləşdiyini bildirib: “Baş məşqçimiz də komandaya inanırdı. Düşünürəm ki, son qarşılaşmaların hər birində üstün mübarizə göstərmişik. Ən azından çalışmalıyıq ki, bunu qoruyub saxlayaq. Belə olduğu təqdirdə komandamız üçün hər şey yaxşı olacaq. Yalnız meydanda deyil, meydandan kənarda da qələbə hissini yaşamalıyıq ki, bunun qədrini bilək. Ümid edirik ki, Belçika ilə oyundan sonra da belə ab-hava ilə geri qayıdarıq”.

- Dünya futbolu2023-11-27 09:17
“Dinamo”nun baş məşqçisi Mahir Emrelidən razıdır
- Premyer-liqa2023-11-26 17:23
“Neftçi” “Araz-Naxçıvan” üzərində qələbəni əldən verdi
- Müsahibə2023-11-27 15:44
“Neftçi” yerli məşqçiyə güvənməlidir”
- Müsahibə2023-11-28 08:00
Yunis Hüseynov: “Orada bəziləri “Neftçi”ni fikirləşmirlər”