Azərbaycan millisinin heyətindən çıxarılan “Konyaspor”un futbolçusu Mahir Emrelinin son durumu bəlli olub. Zədə üzündən yığmanın düşərgəsinə gəlməyən hücumçunun qasıq nahiyyəsində ağrılar var.

Türkiyə mətbuatının yazdığına görə, 26 yaşlı həmyerlimiz bir həftə fizioterapevt nəzarəti altında məşq edəcək.

Xatırladaq ki, Mahir “Konyaspor”un Türkiyə Superliqasının 26-cı turunda evdə “Qalatasaray”a 2:1 hesabı ilə qalib gəldiyi oyunda zədələnib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp