Dünya futbolu
Mahir Emreli “Beşiktaş”a səfərdə qol vurdu
Türkiyə Super Liqasında mövsümün sonuncu – 38-ci turunun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Konyaspor” da bu gün növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Beşiktaş”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 3:3.
Mahir də bu görüşün iştirakçısı olub. O, fasilədən dərhal sonra meydana buraxılıb. Komandasının ikinci qolunu da 47-ci dəqiqədə məhz Mahir vurub və hesabı 2:2 edib. Bu, onun Konya təmsilçisindəki 2-ci qoludur.
“Konyaspor” bu nəticədən sonra mövsümü 51 xalla 8-ci pillədə başa vurub.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu