Ölkə futbolu
Mahir Emrelidən gözəl jest – VİDEO
Mahir Emrelinin formasını geyindiyi “Legiya” Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda səfərdə “Slaviya” (Praqa, Çexiya) ilə qarşılaşıb.
Futbolinfo.az xəbər verir ki, Mahir 2:2 hesabı ilə başa çatan matça start heyətdə başlayıb və 20-ci dəqiqədə gözəl qol vurub.
Maraqlıdır ki, Mahirin əslində bu matçın start heyətində meydana çıxması planlaşdırılmamışdı. İlk 11-likdə yer alacağı gözlənilən çexiyalı hücumçu Tomaş Pexart isinmə hərəkətləri zamanı zədələnib. Bu səbəbdən də protokolda dəyişiklik edilib və Emreli Pexartın əvəzində start heyətdə yer alıb.
Mahir Praqa təmsilçisinin qapısına vurduğu qoldan sonra gözəl jest edib. O, qol sevincini məhz zədələnən komanda yoldaşı Tomaş Pexartı qucaqlayaraq qeyd edib.
- Ölkə futbolu2024-01-26 14:15
Araz Abdullayev daha bir həmyerlimizi yanına apardı
- Premyer-liqa2024-01-26 12:50
Premyer Liqada qış bazarlığı – YENİLƏNİR
- Ölkə futbolu2024-01-27 08:00
Hakimlər ədalətli olunca…
- Premyer-liqa2024-01-27 18:21
“Mənim tələblərim, proqramım olduğu kimi davam edir” – Qurban Qurbanov