Ölkə futbolu
Mahir yenə oynamayacaq
Zaqreb “Dinamo”sunun futbolçusu Mahir Emreli Şimali Makedoniyada “Şkupi”yə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununu buraxacaq. Buna buna 25 yaşlı hücumçunun əzələ zədəsini yenicə sağaltması səbəb olub.
Bərpa prosesini keçən forvard iyulun 25-dən meydanda məşqlərə başlayacaq.
Qeyd edək ki, iyulun 26-da oynanılacaq “Şkupi” – “Dinamo” qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Xorvatiyadakı ilk matçda qalib müəyyənləşməyib – 2:2. Emreli zədə ucbatından bu görüşdə də iştirak etməyib.
Hücumçu çempionatın I turunda “Lokomotiv”ə 3:2, II turda “Slaven Belupo”ya 5:1 hesabı ilə qalib gəldikləri oyunları da buraxmalı olub.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”