Dünya futbolu
Mahirli “Dinamo” Xorvatiya derbisində məğlubiyyətə üzüldü
Futbol üzrə Xorvatiya çempionatında 9-cu turdan təxirə salınmış bir oyun keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su əzəli rəqiblərindən olan “Hayduk”la qarşılaşıb.
Futbolçumuzun komandası səfər oyununda 0:1 hesablı məğlubiyyətə üzülüb. Mahir də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
Bu nəticədən sonra 66 xala malik “Dinamo” vahid liderliyini qorusa da, “Hayduk” aradakı fərqi azaldıb. Üçüncü pillədə qərarlaşmış Split təmsilçisinin 62 xalı var. Zaqreblilərin əsas izləyicisi isə 64 xalı olan “Osiyek”dir.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi