Dünya futbolu
Mahirli “Legiya” kubokda mərhələ adladı
Futbol üzrə Polşa kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı hücumçu Mahir Emrelinin komandası “Legiya” da ölkə kubokunda növbəti oyununa çıxıb.
Sözügedən kollektiv səfərdə “Svit Skolvin”lə üz-üzə gəlib. Rəqibinə 1:0 hesabı ilə qalib gələn “Legiya” növbəti mərhələyə yüksəlib.
Mahir də bu görüşün iştirakçısı olub. Azərbaycan millisinin üzvü görüşə start heyətdə başlayıb və 90+1-ci dəqiqədə əvəzlənib.
35-ci dəqiqədə məhz Mahirin başla zərbəsindən sonra qapıçı topu qaytarıb, onun komanda yoldaşı Lindsey Roz isə təkrar zərbə ilə komandasının qələbə qolunu vurub. Azərbaycanlı futbolçu 50-ci dəqiqədə sarı vərəqə də alıb.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”