Bizi izləyin

Ölkə futbolu

Mahmud Qurbanov üçün son şans

blank
blank

“Səbail”də 2023-cü ilin necə başlayacağı bu gün bilinəcək. Ölkə kubokunda “Sabah”la matçın nəticəsi “dənizçilər”in baş məşqçi postunda dəyişiklik edib-edilməyəcəyini müəyyənləşdirəcək.

Futbolinfo.az xəbər verir ki, Premyer Liqada nəticələri bərbad olan komanda, bütün ümidini kuboka bağlayıb. Mövsümün əvvəlində klub rəhbərliyinin böyük büdcə ayırdığı Bayıl təmsilçisi istədiyi nəticələrə heç cür qovuşa bilmir. Mahmud Qurbanovun arzusu ilə tamamilə yenilənən “Səbail” saysız transferlərə baxmayaraq son pillədədir. 17 oyunda cəmi 10 xal toplayan kollektiv zirzəmidə qərar tutub.

Baş məşqçi kimi əvvələr “Kəpəz”də uğursuz işi ilə tanınan Qurbanov, “Neftçi”nin əvəzedicilərində özünü qismən göstərsə də, zaman göstərdi ki, Premyer Liqada işləməyə hazır deyil. “Səbail”in qeyri-sabit oyunu bir yana, Mahmud bəy futbolçularla münasibətdə də problemlər uaşayır. Onun yayda etdiyi transferlər isə seleksiya qabiliyyətinin yaxşı olmadığını göstərdi. Heyətə götürülən bahalı transferlər sabit oynamır, Qurbanov onlardan faydalanmağı bacarmır.

Məşqçiyə verilən zaman dolub. Bu gün “Sabah”la matçda son ümid də əldən çıxsa, Qurbanov istefaya göndəriləcək.

Ölkə kubokunun ¼ finalının Bayıldakı görüşündə ilk dəqiqələrdən azlıqda qalan rəqib üzərində böyük üstünlük qazanan “dənizçilər”, böyük şansı əldən verdi. Belə ki, matçın gedişində 3:0 hesabıyla önə keçən meydan sahibləri, sonda fərqin minimuma enməsinə şərait yaratdı (3:2). Bu gün yarımfinala yüksəlmək üçün cavab matçı baş tutacaq. “Sabah” revanş ala bilsə, Qurbanovun istefaya göndərilməsindən başqa yol qalmayacaq.

Əslində, rəhbərlik kubokdakı nəticəyə aldanmaq istəmir. Hətta komanda yarımfinala vəsiqə qazansa belə, bu uğurun aldadıcı olduğuna əmindirlər. Mövsüm başlayanı ardıcıl bərbad oyunlar hamının səbr kasasını daşırıb. Təsadüfi deyil, yeni baş məşqçi axtarışı çoxdan başlayıb.

Bir ara Aleksandr Kerjakovun “Səbail”in yeni baş məşqçisi olacağı barədə xəbərlər yayılmışdı. Amma rusiyalı mütəxəssisin gəlişi reallaşmadı. Klubun AFFA-ya bağlılığı bu məsələdə rol oynadı. Belə ki, assosiasiya rəsmiləri sözünün keçdiyi klub sponsorlarına əcnəbi mütəxəssis gətirməməyi məsləhət bildi. Qışa kimi son şans verilən Mahmud bəy kubokda uğursuzluğa düçar olan kimi yola salınacaq. Amma onu yenə yerli məşqçi əvəzləyəcək.

Son günlər yayılan xəbərlərə görə, aşağı yaş qruplarından ibarət millilərimizdə çalışan Elxan Abdullayevə “Səbail”ə rəhbərlik etmək təklif olunub. İmtina cavabından sonra Füzuli Məmmədov və Yaşar Vahabzadə variantları ortaya atılıb. AFFA sevimli kadrlarından birini komandaya gətirməkdə israrlıdır. Yunis Hüseynov, Ramin Quliyev və Şahin Diniyev də namizədlər arasındadır.

Bu gün baş tutacaq cavab kubok matçlarından sonra “Səbail”də vəziyyət dəqiqləşəcək. Qurbanov daha sonra “Qarabağ”la çempionat matçında da iş başında olacaq. Qış fasiləsində isə “dənizçilər”də ciddi dəyişikliklər olacaq. Mahmud bəy ilin son iki oyununda möcüzə etməyi bacarsa, postunda qalmaq şansı yaranacaq, əks halda…

FƏRİD

Reklam

Reklam


blank
Digər idman növləri2024-04-25 18:15

AVF prezidenti voleybol klubunun ilk məşqini izləyib

blank
Digər idman növləri2024-04-25 18:00

Azərbaycanlı məşqçilərə sertifikatlar təqdim olundu

blank
Müsahibə2024-04-25 17:42

Ceyhun üçün 5 final oyunu: “Qarabağ” haqda daha sonra düşünəcəyik”

blank
Ölkə futbolu2024-04-25 17:27

Azərbaycanın FIFA referisi Terimin komandasının oyununa təyinat aldı

blank
Digər idman növləri2024-04-25 17:27

Azərbaycan taekvondoçuları Estoniyada turnirə qatılacaqlar

blank
Ölkə futbolu2024-04-25 17:10

Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub

blank
Dünya futbolu2024-04-25 16:53

Xavi “Barselona”da qaldı – RƏSMİ

blank
Ölkə futbolu2024-04-25 16:39

PSJ-nin prezidentindən “Qarabağ”a təbrik

blank
Dünya futbolu2024-04-25 16:35

Mbappedən PSJ-də daha bir rekord

blank
Digər idman növləri2024-04-25 16:19

Çili gələn il dünya çempionatını qəbul edəcək

blank
Dünya futbolu2024-04-25 16:00

Vinisius Nadalla şəkilni paylaşdı

blank
Dünya futbolu2024-04-25 15:47

Premyer Liqanın cari mövsümü tarixə düşdü

blank
Ölkə futbolu2024-04-25 15:33

“Neftçi” Rusiyada beynəlxalq turnirdə iştirak edəcək

blank
Ölkə futbolu2024-04-25 15:16

AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib

blank
Ölkə futbolu2024-04-25 15:01

Rəşad Sadıqovdan 3/3, əzəli rəqibi üçün əlçatmaz “Qarabağ”

blank
Ölkə futbolu2024-04-25 14:44

“Qəbələ”nin futbolçusu əməliyyat olundu

blank
Dünya futbolu2024-04-25 14:27

Piolini əvəzləməyə daha bir namizəd

blank
Digər idman növləri2024-04-25 14:12

Useyn Boltun təəssüfü

blank
Ölkə futbolu2024-04-25 13:54

Ürfan üçün yubiley

blank
Digər idman növləri2024-04-25 13:39

Azərbaycanın idman gimnastı dünya kubokunun finalında

blank
Ölkə futbolu2024-04-25 13:22

“Şamaxı” rəsmisi Avropa Klublar İttifaqının İdarə Heyətinin üzvü seçilib

blank
Digər idman növləri2024-04-25 13:07

MBA-da fərqli nəticələr

blank
Ölkə futbolu2024-04-25 12:52

Azərbaycan Kubokunda finalçılar bəlli olur

blank
Milli komanda2024-04-25 12:41

Millimiz Minskdə növbəti oyununa çıxır

blank
Ölkə futbolu2024-04-25 12:30

AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək

blank
Digər idman növləri2024-04-25 12:22

“Fənərbağça” qələbə ilə başladı

blank
I Liqa2024-04-25 12:07

I Liqada 23-cü turun təyinatları müəyyənləşdi

blank
Ölkə futbolu2024-04-25 11:52

Finalda təkrarlanan 6-cı cüt

blank
Ölkə futbolu2024-04-25 11:35

Yarımfinalda məhsuldarlıq rekordu

blank
Digər idman növləri2024-04-25 11:18

Avropa çempionatı: 7 cüdoçumuz mübarizəyə başlayır

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm