Məşhur İrlandiyalı MMA döyüşçüsü, yarıyüngül və yüngül çəkidə sabiq UFC çempionu Konor Makqreqorla 70 kq çəki dərəcəsində UFC çempionluğuna namizəd Maykl Çandler arasında döyüş rəsmən ləğv edilib. Bu barədə UFC-nin rəhbəri Dana Uayt sosial şəbəkələrdə məlumat verib.

Makqreqor və Çandler arasında döyüş iyunun 29-da Las-Veqasdakı UFC 303 turnirində baş tutmalı idi.

İyunun 3-də liqa rəhbərliyi Dublində Konor Makqreqor və Maykl Çandlerin iştirak etməli olduğu mətbuat konfransını ləğv etmişdi və bu, döyüşün keçirilməyəcəyi ilə bağlı şayiələrə səbəb olmuşdu.

Xatırladaq ki, Makqreqor bundan əvvəl Dastin Puarye ilə iki döyüş keçirib: 2021-ci ilin yanvarında irlandiyalı ikinci raundda nokautla uduzub, həmin ilin iyulunda isə Konor döyüşü sol ayağını sındırdığna görə tamamlaya bilməyib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp