Müsahibə
Mamadu Kane: “Olimpiakos” qalib gələcək”

“Hər iki komanda üçün çətin oyun olacaq. Həm “Olimpiakos”, həm də “Qarabağ” güclü klublardır” – bunu futbolinfo.az-a açıqlamasında “Olimpiakos”un futbolçusu, hazırda icarə əsasında Kiprin “Pafos” klubunda çıxış edən Mamadu Kane deyib.
Vaxtilə Azərbaycan çempionatında “Neftçi”də oynayan yarımmüdafiəçi yunanları daha şanslı sayır: “Düzdür, hər iki komanda qələbə qazana bilər. Amma mən bu matçda “Olimpiakos”u daha şanslı görürəm və onların qalib gələcəyini düşünürəm. Çünki yaxşı komandamız, yaxşı futbolçularımız var”.
Kane yenidən “Olimpiakos”un düşərgəsinə qayıtmaqla bağlı isə geniş danışmayıb: “Hazırda Kiprdə çıxış edirəm. Ümid edirəm ki, Afina klubu çempionatda da, Avropa Liqasında da uğurlar qazanar. Bunun üçün potensial var. Düşünürəm ki, Avroliqada qrupdan çıxıb irəliləyə bilərik”.

- Ölkə futbolu2023-12-06 10:19
“Araz-Naxçıvan” iki futbolçunu qovacaq
- Müsahibə2023-12-06 08:00
Romao əvəzolunmaz futbolçu tanımır: “Sonda vurduğumuz qol bizə “can verdi”
- Ölkə futbolu2023-12-06 20:00
Fatma Elxan Məmmədov üçün minnətə gəlir – çempionat oyununu da izləyəcək
- Ölkə futbolu2023-12-07 08:55
“Qarabağ” son 5 mövsümdə Avropanın ən yaxşı “3-lüy”ündə