Dünya futbolu
“Mançester Yunayted” onu satmayacaq
“Mançester Yunayted” Viktor Lindelöfü heyətdə saxlayacaq. Futbolçunu almaq və ya icarəyə götürmək üçün xeyli təklif gəlsə də, “qırmızı şeytanlar” hamısından imtina edib.
Futbolinfo.az xəbər verir ki, ötən həftə “İnter” mərkəz müdafiəçisi üçün təklif göndərib. Milanlılar PSJ-yə keçən Milan Şkrinyarı məhz onunla əvəzləmək niyyətindədir. Eyni zamanda “Atletiko” aylardı 28 yaşlı isveçlini düşərgəsinə aparmağa çalışır. Mançesterlilər bütün təklifləri rədd edib.
İngiltərə klubunun 2017-ci ildə “Benfika”dan aldığı müdafiəçi əsas heyətin daimi üzvü deyil. Lakin daim ən yaxşı əvəzedici kimi klub rəhbərliyi onu düşərgədə saxlayıb. İlyarımlıq müqaviləsi qalan Viktorla yayda yeni anlaşma imzalanacağı gözlənilir.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”