Dünya futbolu
Mane ÇL matçına qədər hazır olmayacaq
“Bayern”in hücumçusu Sadio Mane UEFA Çempionlar Liqasının 1/8 finalının PSJ ilə ilk oyununu buraxacaq.
Futbolinfo.az xəbər verir ki, 30 yaşlı seneqallı həmin qarşılaşmaya qədər zədəsini bərpa edə bilməyəcək.
Mane 2022-ci ilin 8 noyabrında Almaniya Bundesliqasının 14-cü turunun “Verder”lə matçında zədələnib. Futbolçu bu səbəbdən DÇ-2022-də Seneqal millisinə də kömək edə bilməyib.
PSJ – “Bayern” cütünün ilk qarşılaşması fevralın 15-də Parisdə, cavab oyunu isə martın 9-da Münhendə baş tutacaq.
- Premyer-liqa2024-01-30 11:17
Premyer Liqada qış bazarlığı – YENİLƏNİR
- Premyer-liqa2024-01-28 19:23
“Neftçi”dən “Qəbələ” üzərində inamlı qələbə
- Milli komanda2024-01-29 10:40
Vaqif Cavadov milli komandaya təyinat alacaq
- Ölkə futbolu2024-01-29 08:00
“Qarabağ”ın izləyicisi yenə dəyişdi, xal fərqi 15-ə çatdı