Müsahibə
Mario Mustapiç: “Qələbə seriyası yaxalamağımız lazımdır”

“Kəpəz”in qapıçısı Mario Mustapiçin futbolinfo.az-a müsahibəsi
– “Qəbələ” ilə debüt matçı necə keçdi?
– Məncə, çox yaxşı komandaya qarşı oynadıq. Üstəlik, pis oyun da ortaya qoymadıq. Matçdan qalib ayrıla bilərdik. Sonda 1 xal qazandıq.
– 2:0 qalib gəldiyiniz matçda necə oldu ki, üstünlüyü əldən verdiniz?
– Qələbə qazanırdıq və yaxşı üstünlüyümüz var idi. Amma bacarmadıq, hesabı qoruya bilmədik. Gələn dəfə daha ağıllı çıxış edib qalib gəlməliyik.
– Azərbaycan çempionatı xoşuna gəldimi?
– Çox yaxşı liqa olduğunu düşünürəm. Azərbaycan çempionatında yaxşı komandalar var. Bir çox klubların heyətində güclü oyunçular çıxış edir. Bir neçə dəfə baxmışdım və maraqlı gəlmişdi.
– “Kəpəz” hədəflərinə nail ola biləcək?
– Bizim qələbə seriyası yaxalamağımız lazımdır. Bu komandamız üçün ən yaxşı plan olar. Digər hədəflər haqqında ondan sonra düşünmək olar.
– Həmyerlin və “Qarabağ”da çıxış edən Filip Ozobiçlə tanışsan?
– Əlbəttə. Onunla Zaqrebdə görüşmüşdüm. Çox yaxşı insan və əla futbolçudur. Filipə uğurlar arzu edirəm.
– Qarşıda “Səbail”lə matç var…
– “Səbail” yaxşı komandadır, amma bizim qalib gəlmək üçün şansımız var. Səfər matçı olacaq. Ümid edirəm ki, azarkeşlərimiz bizi orada tək qoymayacaq. Gəncəlilər üçün 3 xal əldə etməyə çalışacağıq.
AĞA
