Dünya futbolu
Marselo “Qarabağ”la oyunda debüt edəcək
“Olimpiakos”un yeni transferi Marselo Yunanıstan təmsilçisindəki ilk oyununu Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda “Qarabağ”a qarşı keçirə bilər.
Futbolinfo.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçinin Pirey təmsilçisindəki debütü məhz avrokubok matçına təsadüf edəcək.
Baş məşqçi Miçel Qonsales braziliyalı ulduz futbolçuya ikinci hissədə şans verməyi planlaşdırır.
Marselonun oktyabrın 2-də “Atromitos”a qarşı Yunanıstan Super Liqasının 6-cı tur matçında meydana çıxmaq ehtimalı isə yüksək qiymətləndirilmir.
Oktyabrın 6-da “Georgios Karaiskakis” stadionunda keçiriləcək “Olimpiakos” – “Qarabağ” matçına Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.
- Ölkə futbolu2024-03-08 08:00
Tarixi uğura saniyələr qalarkən…
- Ölkə futbolu2024-03-08 14:14
“Baş məşqçimizin tapşırıqlarını düzgün yerinə yetirirdik” – Toral Bayramov
- Premyer-liqa2024-03-08 20:52
“Səbail” “Sumqayıt”a uduzdu
- Premyer-liqa2024-03-08 22:18
“Futbolçuları buna görə qınaya bilmərəm” – Samir Abasov