Dünya futbolu
Mbappe Messiyə çatdı

Fransa millisinin üzvü Kilian Mbappe Dünya Çempionatları tarixində rekorda imza atıb. O, buna DÇ-2022-nin 1/8 finalında Polşa ilə matçda (3:1) dubl etməklə nail olub.
Nəticədə Mbappe mundialda vurduğu qolların sayın 9-a çatdırıb. Bununla da 24 yaşlı hücumçu rekorda imza atıb. İndiyədək heç bir oyunçu mundialda 24 yaşınadək 9 qol vura bilməyib.
Həmçinin Mbappe mundiallardakı qol sayına görə Argentina yığmasının kapitanı Lionel Messiyə çatıb. Belə göstərici üçün Mbappeyə 11, Messiyə isə 23 matç lazım olub.
Mbappe 2017-ci ildən Fransa millisinin üzvüdür. O, mundiallardakı ilk 4 qolunu Rusiyada keçirilən DÇ-2018-də vurub. Həmin vaxt forvard Fransa millisi ilə dünya çempionu adını qazanıb. Mbappe digər qollarına isə DÇ-2022-də imza atıb.

Reklam
- Ölkə futbolu2023-02-04 09:35
Qurban Qurbanovun nəcib addımını Gəncədə unutmayıblar
- Ölkə futbolu2023-02-03 18:31
Bizim Miura: 53 yaşına kimi futbol oynayan “At Əli” – VİDEO
- Ölkə futbolu2023-02-04 14:16
“Qarabağ” fanatları Gəncədə problemlə üzləşdi
- Premyer-liqa2023-02-04 15:53
“Qarabağ” Gəncədə xal itirdi