Dünya futbolu
Mbappe üç ulduzu ötdü, Rivadan geri qaldı
Dünya Çempionatının Fransa – Avstraliya matçında Kilian Mbappe əla nəticəyə nail olub. Fransalı futbolçu rəqibin cərimə meydançasında topa 19 dəfə toxunmağa nail olub ki, bu, XXI əsrin rekordudu.
1966-cı ildən bəri hesablanan statistikalara görə, indiyədək yalnız italiyalı Luici Riva daha yaxşısını bacarıb. O, DÇ-1970-də rəqibin cərimə meydançasında iki fərqli matçda eyni sayda – 20 dəfə topa toxunmağa nail olmuşdu.
Əsrin rekorduna sahib çıxan Mbappeyə kimi braziliyalı Neymar (2018-də Serbiya ilə oyun), ispan David Vilya (2010-da Hondurasla oyun) və seneqallı Əl-Haci Diuf (2002-də İsveçlə oyun) lider idi. Onların hər biri sözügedən oyunlarda rəqibin cərimə meydançasında 16 dəfə topa toxunmağı bacarmışdı.
- Dünya futbolu2024-01-23 08:17
“Burqos”un futbolçusu Azərbaycana gəlir?
- Premyer-liqa2024-01-24 00:19
Premyer Liqada qış bazarlığı – YENİLƏNİR
- Ölkə futbolu2024-01-23 08:00
Vurulanlar eyni, sifariş verən eyni – Parisdə oturub Bakıda seçkiyə hazırlaşırlar
- Müsahibə2024-01-23 13:00
Bayramov qərəzdən şikayətçidir: “Özünü yalnız özü cəzalandıran qurum haqda danışmaq mənasızdır”