Ölkə futbolu
Medina: “Azarkeşləri təəccübləndirəcəyim qərar mövsümün sonunda olacaq”
“Qarabağ”ın müdafiəçisi Kevin Medina xarici klublardan aldığı təkliflərdən danışıb. Kolumbiyalı yaxın günlərdə azarkeşləri təəccübləndirə biləcəyini bildirib:
“Futbolçuya təkliflərin olması normaldır və bu, davam edəcək. Şəxsən mən təklif alanda daha da həvəslənirəm. Çünki bu, əməyimizə, işimizə qiymətdir. Lakin bu, mənə təsir göstərmir, işimə köklənməkdən çəkindirmir. Hər şeyə normal baxıram. Hazırda “Qarabağ”a köklənmişəm və “Qızıl dubl” etmək istəyirəm. Mövsümün sonunda biləcəyik ki, qalıram və ya gedirəm. Azarkeşləri təəccübləndirə biləcəyim qərarı mövsümün sonunda görəcəksiz”.
Medinayla geniş müsahibəni az sonra futbolinfo.az-da oxuya bilərsiz.