Ölkə futbolu
Mehdi Sumqayıta, Aydın Tovuza getdi

“Sumqayıt” yeni futbolçu ilə anlaşıb. “Kimyaçılar” komandanın sabiq oyunçusu Mehdi Cənnətovu yenidən heyətinə qaytarıb.
Futbolinfo.az xəbər verir ki, “Zirə” ilə müqaviləsi başa çatan qolkiper dünən “Sumqayıt” rəhbərliyi ilə görüşüb, müqavilənin detallarını razılaşdırıb. 2017-21-ci illərdə “Sumqayıt”da oynayan, son iki mövsümü “Zirə”də keçirən əlcək sahibi birillik anlaşmaya razılaşıb. Keçidin tezliklə rəsmən açıqlanması gözlənilir.
Əvəzində Aydın Bayramov 2019-cu ilin yanvarından çıxış etdiyi klubu tərk edib. 27 yaşlı qapıçı sabiq baş məşqçisi Ayxan Abbasovun rəhbərlik etdiyi “Turan Tovuz”a yollanıb. Qərblilər Tərlan Əhmədli ilə “Sumqayıt”da rəqib olan əlcək sahibini yenə eyni rəqabət üçün gətirib.


- Ölkə futbolu2023-09-14 16:51
“Adana Dəmirspor” “Qarabağ”ın daha bir oyunçusuna “elçi düşdü”
- Ölkə futbolu2023-09-15 08:00
CAS-dan qərar gəldi: AFFA və “Sumqayıt” cəzalandı!
- Milli komanda2023-09-15 10:30
“Mane olmasaydılar, ən azı 18-19 qol vurardım”
- Milli komanda2023-09-14 15:10
AFFA pul payladı: yenə məğlubiyyətə görə mükafat