Dünya futbolu
Mendilibar Sarrini ötdü

“Sevilya”nın baş məşqçisi Xose Luis Mendilibar Avropa Liqasını qazanan ən yaşlı çalışdırıcı olub. Dünən onun komandası finalda “Roma”ya qalib gələrək (1:1, penaltilərlə 4:1) məşqçinin adını tarixə yazıb.
Futbolinfo.az xəbər verir ki, romalılara qarşı finalda Mendilibar 62 yaş 78 günlük olub. Bu isə rekord göstəricidir.
Əvvəlki rekordçu 60 yaş 139 gündə 2019-cu ildə “Çelsi” ilə Avropa Liqasının qalibi olan Mauritsio Sarri idi. İtaliyalı bu mükafatı Sarri Bakıda “Arsenal”a qarşı həlledici matçda qazanmışdı. Həmin görüş 4:1 hesabı ilə “Çelsi”nin xeyrinə başa çatmışdı.

- Ölkə futbolu2023-09-14 16:51
“Adana Dəmirspor” “Qarabağ”ın daha bir oyunçusuna “elçi düşdü”
- Ölkə futbolu2023-09-15 08:00
CAS-dan qərar gəldi: AFFA və “Sumqayıt” cəzalandı!
- Milli komanda2023-09-15 10:30
“Mane olmasaydılar, ən azı 18-19 qol vurardım”
- Milli komanda2023-09-14 15:10
AFFA pul payladı: yenə məğlubiyyətə görə mükafat