Dünya futbolu
Menyana səbrsizliyi mane olub
“Milan”ın qapıçısı Mayk Menyan İtaliya klubunun Çempionlar Liqasının ¼ finalına yüksəlməsində mühüm rol oynadı. Fransalı “Tottenhem”lə cavab matçında (0:0) kritik qurtarışları ilə seçildi.
Futbolinfo.az xəbər verir ki, Menyan uzunmüddətli zədədən sonra qayıdışına və komandaya kömək edə bildiyinə görə məmnundur: “Çox xoşbəxtəm. Çünki yenidən “Milan” azarkeşlərini sevindirmək üçün əlimdən gələni edirəm”.
Mayk zədəsinin gec sağalmasına görə özünü də qınayır: “Səbrsiz oldum, meydana bir an öncə dönmək üçün tələsdim. Risk almağım baldır nahiyəsindən yeni zədələr almağıma səbəb oldu. Bundan sonra sağalmaq üçün müalicənin gedişini gözləməyə, səbr etməyə məcbur oldum. Yekunda öhdəsindən gələ bildim və artıq meydanlardayam”.
Xatırladaq ki, Menyan zədə üzündən Qətərdəki Dünya Çepionatını da buraxmağa məcbur olmuşdu.