Dünya futbolu
Messi “Barselona”dan ayrılmaq istəyir!
“Barselona”nın hücumçusu Lionel Messi komandadan ayrılmağı düşünür.
Futbolinfo.az “Cadena SER”-ə istinadən xəbər verir ki, argentinalı futbolçu, Kataloniya klubu ilə müqavilənin müddətini uzatmaqla bağlı apardığı danışıqları dayandırıb.
Futbolçunun yaxınlarına “Barselona”dan ayrılmaq istədiyini, klubla bağlı yayılan söz-söhbətlərdən bezdiyini dediyi bildirilir. Onun komandanın son vaxtlardakı uğursuz çıxışından və klubun uğurlu layihəsinin olmamasından şikayətləndiyi deyilir.
Messinin “Barselona” ilə müqaviləsini 2023-cü ilədək uzatmaqla bağlı razılığa yaxın olduğu bildirilirdi. Onun klubla hazırkı müqaviləsi 2021-ci ilin yayında başa çatır.
- Ölkə futbolu2024-02-23 08:00
Arzuların daha bir həddi – dəf edildi!
- Ölkə futbolu2024-02-22 09:40
“Yığmaya əcnəbi mütəxəssisin gətirilməsi pul itkisidir”
- Müsahibə2024-02-22 16:22
Georgi Adamiya: “Qarabağ”ın mərhələ adlayacağına əminəm”
- Ölkə futbolu2024-02-23 00:22
“Qarabağ”dan tarixi nəticə – Azərbaycan çempionu 1/8 finalda!