Dünya futbolu
Messi daha bir ilkə imza atdı
Futbol üzrə Argentina yığmasının və “Barselona”nın hücumçusu Lionel Messi növbəti dəfə İspaniya çempionatının ən yaxşı bombardiri olub.
Futbolinfo.az xəbər verir ki, Messi La Liqada ötən gün yekun vurulan 2019/20 mövsümündə 33 matçda 25 qol vuraraq, “Real”ın hücumçusu Kərim Benzemanı (37 matçda 21 qol) və “Vilyarreal”ın hücumçusu Jerar Morenonu (35 oyunda 18 qol) qabaqlayıb.
Argentinalı futbolçu karyerasında 7-ci dəfə La Liqanın bombardiri olub. 33 yaşlı hücumçu bu göstəricidə Telmo Zarranı geridə qoyaraq, yeni rekordçu olub. Zarra 6 dəfə La Liqanın bombardiri olub.
33 yaşlı argentinalı “Barselona”nın yetirməsidir. Forvard cari mövsümdə bütün turnirlərdə 42 matçda iştirak edərək 30 qol vurub və 26 məhsuldar ötürmə edib.